Bu ədviyyatdan istifadə edənlər daha cavan görünür, ürəkləri sağlam olur
Tarix: 09-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçün ən faydalı məhsullar siyahısına daxildir.
Tanınmış ukraynalı həkim Mixail Petrik öz youtube kanalında sarıkökün faydaları və düzgün qəbulu haqqında maraqlı məlumatlar verib.
Həkimin sözlərinə görə, müşahidələr göstərir ki, sarıkökü müntəzəm qəbul edən insanlarda ürək-damar sistemi xəstəlikləri, xərçəng, neyro-degenerativ xəstəliklər, artrit və digər iltihabi xəstəliklər daha az hallarda inkişaf edir. Həmçinin sarıkökü qəbul edənlər gec qocalır və daha cavan görünürlər.
Bunun səbəbi sarıkökün tərkibində olan güclü bioloji aktiv maddə kurkumindir. Kurkumin orqanizmdə hüceyrələr səviyyəsində təminzlənmə proseslərini sürətləndirir ki, orqanizm ziyanlı maddələri (toksin, şlak və s.) daha tez xaric etməyə başlayır və bu da öz növbəsində orqanizmi cavanlaşdırır.
Həmçinin kurkumin autofagiya prosesini də sürətləndirir. Bu prosess adətən aclıq zamanı işə salınır ki, orqanizm xəstə, “xarab”, qoca hüceyrələrdən və həmçinin toksin və s. ziyanlı maddələrdən daha tez azad olunur. Bu isə orqanizmi xərçəng, ürək-damar sistemi və bir çox digər xroniki xəstəliklərinin inkişafından qoruyur və cavanlaşdırır.
Lakin təəssüf ki, sarıkök orqanizmdə çox pis mənimsənilir. Həkim ədviyyatın mənimsənilməsini artırmaq üçün sarıkökü qara istiotla birlikdə istifadə etməyi tövsiyə edir. Bu sarıkökün mənimsənilməsinin 2000 (!) dəfə artırır.
Həmçinin həkim qeyd edib ki, sarıkök tam ziyansızdır. Eksperimentlər sübut edib ki, sarıkökün hətta 8 qr miqdarında (təxminən 1 çay qaşığı) qəbulu heç bir fəsadlara səbəb olmur.
Xəbəri paylaş
Digər xəbərlər
9-09-2016, 22:47
Azərbaycanlı müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTO
5-03-2017, 18:25
Yod çatışmazlığından körpə lal, kar, kor da doğula bilər-Sos!!!
8-02-2016, 13:30
Mafiya üzvünün arvadı necə yoxa çıxıb?
3-07-2020, 12:55
Azərbaycan Ordusunun bölmələri karantin rejiminə riayət olunmasına nəzarət üçün cəlb edildi
31-10-2022, 11:48
Azərbaycanda 29 il əvvəl törədilən qətlin üstü AÇILDI
22-09-2019, 13:32
Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO
7-05-2017, 15:11
"Kara sevda" serialı bitir - final tarixi açıqlandı
1-02-2018, 11:59
Müğənnilərin nitqi yoxlanılacaq