Ana Sayfa > Karusel / Maraqlı > Bu ədviyyatdan istifadə edənlər daha cavan görünür, ürəkləri sağlam olur

Bu ədviyyatdan istifadə edənlər daha cavan görünür, ürəkləri sağlam olur


9-06-2021, 10:12. Yazar: Xeberaz


Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçün ən faydalı məhsullar siyahısına daxildir.
Tanınmış ukraynalı həkim Mixail Petrik öz youtube kanalında sarıkökün faydaları və düzgün qəbulu haqqında maraqlı məlumatlar verib.  
Həkimin sözlərinə görə, müşahidələr göstərir ki, sarıkökü müntəzəm qəbul edən insanlarda ürək-damar sistemi xəstəlikləri, xərçəng, neyro-degenerativ xəstəliklər, artrit və digər iltihabi xəstəliklər daha az   hallarda inkişaf edir. Həmçinin sarıkökü qəbul edənlər gec qocalır və daha cavan görünürlər.
Bunun səbəbi sarıkökün tərkibində olan güclü bioloji aktiv maddə kurkumindir. Kurkumin orqanizmdə hüceyrələr səviyyəsində təminzlənmə proseslərini sürətləndirir ki, orqanizm ziyanlı maddələri (toksin, şlak və s.) daha tez xaric etməyə başlayır və bu da öz növbəsində orqanizmi cavanlaşdırır.
Həmçinin kurkumin autofagiya prosesini də sürətləndirir. Bu prosess adətən aclıq zamanı işə salınır ki, orqanizm xəstə, “xarab”, qoca hüceyrələrdən və həmçinin toksin və s. ziyanlı maddələrdən daha tez azad olunur. Bu isə orqanizmi xərçəng, ürək-damar sistemi və bir çox digər xroniki xəstəliklərinin inkişafından qoruyur və cavanlaşdırır.  
Lakin təəssüf ki, sarıkök orqanizmdə çox pis mənimsənilir. Həkim ədviyyatın mənimsənilməsini artırmaq üçün sarıkökü qara istiotla birlikdə istifadə etməyi tövsiyə edir. Bu sarıkökün mənimsənilməsinin 2000 (!) dəfə artırır.
Həmçinin həkim qeyd edib ki, sarıkök tam ziyansızdır. Eksperimentlər sübut edib ki, sarıkökün hətta 8 qr miqdarında (təxminən 1 çay qaşığı) qəbulu heç bir fəsadlara səbəb olmur.


Geri dön