Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ege hospital"da anamın bağırsağını deşib mikrob salıblar"
Tarix: 04-06-2021 | Saat: 10:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Ege hospital"da anamın bağırsağını deşib mikrob salıblar"

173dəfə oxunub
  • A-
  • A
  • A+



Bakıda klinikada əməliyyat olunan xəstənin vəziyyəti ağırlaşıb. Ailəsi bunun həkim səhvi ucbatından olduğunu bildirsə də, qarşı tərəf xəstənin klinikaya külli miqdarda borcu olduğu üçün bu iddianı uydurduğunu deyir.
Vətəndaş Eren Xuçinayeva anası, Rusiya vətəndaşı Xuçinayeva Fatimə Əli qızı 2021-ci il fevralın 15-də “EGE Hospital”da bağırsaq keçməzliyindən əməliyyat olunduğunu deyib.
O bildirir ki, əməliyyat zamanı həkimlər anasının bağırsağını deşib və klebsiella mikrobu salıblar. Bundan sonra F.Xuçinayevanın vəziyyəti ağırlaşıb və dörd aydır ki, müalicə olunsa da, sağalmır. O iddia edib ki, hospitalın əməkdaşları bir neçə gün öncə F. Xuçinayevanı bütün öhdəlikləri öz üzərinə götürdüyünə və heç bir narazılığı olmadığına dair müqavilə imzalatdırmağa cəhd ediblər.
Klinikadan bildirilib ki, qeyd olunan xəstə bağırsaq keçməzliyi ilə daxil olub və əməliyyat olunub:
“Əməliyyatdan sonra xəstə ağırlaşıb, hazırda xəstəxanada yatır. Onun ağırlaşmasının səbəbi xəstədə anadangəlmə bağırsaq anomaliyasının olmasıdır.
Bağırsaq əməliyyatlarından sonra klebsiella infeksiyalarının aşkarlanması gözlənilən haldır. Xəstəxanada icra olunan əməliyyat sayını nəzərə alsaq sparadik şəkildə hər hansı bir xəstədə belə bir infeksiyanın aşkarlanması infeksiyanın xəstəxana tərəfindən yoluxdurulmasını isbatlamır”.
Klinikanın cavabında qeyd edilib ki, xəstəyə müqavilə imzalatdırmağa çalışmayıblar:
“Bu iddia xəstə yaxını tərəfindən uydurulub. Xəstəlik tarixinin içərisindən F.Xuçinayeva ilə xəstəxana arasında bağlanmış müqavilə müəmmalı şəkildə itib. Xəstənin vəziyyəti ilə əlaqədar onun yaxınına xəstənin yanına sərbəst şəkildə keçməsinə icazə verilib. Xəstəlik tarixindən müqavilə bundan sonra itib. Onun xəstəxanaya külli miqdarda borcu var. F.Xuçinayevanın yaxını ödəniş etməkdən imtina etmək üçün belə problemlər yaradır”.




Xəbəri paylaş

4088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___