Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Avropa İttifaqının sammitində iştirak etməyəcək
Tarix: 20-05-2015 | Saat: 15:16
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Avropa İttifaqının sammitində iştirak etməyəcək
Dövlət başçısının köməkçisi səbəbi açıqladı.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa Sammitində iştirak edə bilməyəcək.

Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, Əli Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlətimizin başçısı sammitdə iştirak edə bilməyəcək.

Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___