İpoteka ilə alınan ev satıla bilərmi?
Tarix: 09-08-2015 | Saat: 18:28
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Qanunun 30.2-ci maddəsinə görə...
İpoteka ilə alınan ev satıla bilərmi? Belə evi alan insanı hər hansı bir problem gözləyirmi?
Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, bu suallara Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavab verib.
Vəkil bildirib ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə görə, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair).
Qanunun 30.2-ci maddəsinə görə, bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
Beləliklə, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur. Bu zaman siz ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi sizə satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələrini daşıyacaqsınız. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski var.
Xəbəri paylaş
7538 dəfə oxunub.
Digər xəbərlər

28-04-2016, 16:25
İsrail ekspertindən mühüm Qarabağ mesajı
11-07-2019, 12:22
İlham Əliyev simpozium iştirakçılarına müraciət ünvanladı
17-05-2016, 13:52
Şərq rəqsinin sultandan cazibədar – FOTOSESSİYA
17-11-2022, 12:46
Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə gətirdi
13-06-2020, 18:55
Ukraynada nazir və prezidentin müşaviri koronavirusa yoluxdu
5-01-2023, 15:31
İçdiyin AND sənə qənim olsun, Füzuli Pənahov... - Füzuli Pənahov Zəngilanda aldığı 65 min manatı qaytarmaq istəmir...
10-05-2016, 13:52
Erməni general: “Biz gördük ki, Azərbaycan...”
13-04-2015, 15:45
Aslanın caynaqlarından guclə canını qurtardı... VİDEO
10-10-2016, 17:18
Polislərə elektroşok cihazı ilə hücum etdilər - Bakıda