“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.
Bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.
Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir:
“Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”,
Xidmət rəisinin sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: “Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.
Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ
Tarix: 10-05-2021 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4598 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-05-2021 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
10-06-2015, 17:17
"Sosial ipoteka kreditləri üçün maksimum ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər".
22-07-2020, 01:03
Milli mətbuatın yaranmasından 145 il ötür
13-02-2018, 17:01
Mikayıl Cabbarov: Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq
3-07-2017, 11:31
Xalq artisti vəfat edib
21-09-2020, 12:23
Şəhid olan hərbçimizin FOTOSU
17-05-2018, 10:32
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv olunub
28-07-2017, 12:49
Sevgilisindən ayrılan qız özünü asdı - Şabranda
19-04-2022, 11:55
Müəllim Bakıda yaşaya-yaşaya Gəncənin 13 saylı məktəbindən dərnək maaşını niyə alıb?
12-02-2019, 11:09
Bakıda dəhşətli qətl - Kişi arvadının boğazını kəsdi
14-03-2017, 14:02
Həvva Adəmin (ə) qabırğasından yaradılmışdırmı?