Xalq artisti vəfat edib
Tarix: 03-07-2017 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı, xalq artisti Xumar Zülfüqarova 90 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında çıxış edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib.
Xəbəri paylaş
7888 dəfə oxunub.
Digər xəbərlər

25-11-2017, 10:42
Kəlbəcər girovu ailəsinə məktub göndərib
30-04-2022, 11:00
Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar - VİDEO
21-12-2020, 14:01
Ermənilər Azərbaycana inanır - Martirosyan
5-01-2016, 23:49
Bakı sakini arvadının, baldızının və qayınanasının qanını tökdü
28-09-2021, 11:30
“MEDİSTYLE HOSPİTAL” ŞİKƏST ETDİYİ XƏSTƏNİN ZƏRƏRİNİ ÖDƏMİR – QALMAQALLI CİNAYƏT İŞİ…
27-12-2021, 11:06
Qadın sürücü İcra Hakimiyyətinin komendantını vurdu
5-11-2015, 15:39
Saxta ətirləri əhaliyə necə satırlar? - 3500-lük “Premium” kart
11-02-2022, 11:45
“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”
14-05-2016, 17:11
Polkovnik və polkovnik-leytenant işdən çıxarıldı — Nazirlikdə yoxlamalar
20-01-2017, 19:39
Donald Tramp Ağ Evə daxil olub