Milli mətbuatın yaranmasından 145 il ötür
Tarix: 22-07-2020 | Saat: 01:03
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / Təbriklər | çapa göndər
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.
"Xeberaz.Az" xəbər verir ki, 1875-ci ilin iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı "Xeberaz.Az" saytının kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
Xəbəri paylaş
2 4498 dəfə oxunub.
Digər xəbərlər

28-11-2018, 17:08
Metrodakı qızın soyunması ilə bağlı RƏSMİ AÇIQLAMA
30-10-2017, 10:01
Evlənmək üçün 40 il gözlədilər - FOTOlar
21-02-2017, 14:15
"Bu evlilik mənə lazımıydı?" - Elton
27-02-2016, 18:43
Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb
11-11-2019, 12:54
64 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü
21-02-2016, 10:43
Dörd dəfə nişanlanıb, amma... - FOTOLAR
18-02-2017, 13:46
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə-FOTO
21-11-2018, 12:04
Bakıda qız türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı
31-07-2021, 00:14
Qarabağda tutulan ermənilər 15 il azadlıqdan məhrum oldular