Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşad İlyasovla Rüfət Axundova 6 ay cəza istənildi
Tarix: 01-05-2019 | Saat: 19:12
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Rəşad İlyasovla Rüfət Axundova 6 ay cəza istənildi - Xüsusi ittiham

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.

Bildirilib ki, Rəşad İlyasovla Rüfət Axundov bu günükü məhkəmə prosesinə də gəlməyib.

Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O qeyd edib ki, “Space TV"-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. Onun sözlərinə görə, hər iki şəxs cinayət məsluliyyətinə cəlb edilib və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xüsusi ittihamçı Rahim Sadıqlı da vəkili ilə razı olduğunu deyib.

Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.

Növbəti proses mayın 2-də davam edəcək.

Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.


Xəbəri paylaş

5308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___