Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda doğum səviyyəsi düşür - İkinci uşaq istəmirlər
Tarix: 22-12-2021 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda doğum səviyyəsi düşür -  İkinci uşaq istəmirlər
“Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur”.

Bu barədə “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələrində qeyd edilir.

“Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir”.


Nəticələrdə eyni zamanda, qeyd edilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının seleksiya abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkəmiz “dünya 1-cisi” olmağa doğru gedir:

“Azərbaycanda doğulan uşaqlarının sayının çoxalması, əhalinin maskulinizasiyası tendensiyasının dəyişməyəcəyi təqdirdə “demoqrafik maskulinizasiya” kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Nəticədə genefonduna dəyməsi baş verə bilər. Ən optimist ssenariyə görə 2050-ci ilə qədər mövcud vəziyyəti - cinslərarası balansı dəyişmək mümkün olmayacaq”.



Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___