Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində heyrətamiz 3D-şou – FOTO
Tarix: 22-03-2015 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Bakının mərkəzində heyrətamiz 3D-şou – FOTO
Bakı 2015 möhtəşəm 3D şou ilə Novruz Bayramını qeyd etdi.

Bakı 2015 Dənizkənarı parkda çoxsaylı idman tədbirləri keçirərək Azərbaycan xalqı ilə birgə Novruz bayramını qeyd etdi. Bakı 2015-in Novruz festivalı bugün axşam şəhərin möhtəşəm tikililərindən biri olan Muzey Mərkəzinin binası üzərində 3D şou ilə başa çatdı.

Xeberaz.az Oxu.az-a xəbər verir ki, minlərlə Bakı sakini aydın və günəşli bir gündə ailəlikcə festivalı izləməyə gəlmiş və Bakı 2015 İlk Avropa Oyunların idman növləri haqqında məlumatlanma imkanı əldə etdiyi və interaktiv nümayiş stendlərində həmin idman növləri üzrə özlərini sınadıqları bayram tədbirlərinə qatıldılar.

Son üç gün ərzində hər gün 4 müxtəlif idman növü təqdim edildi. Buraya velosiped idmanı, gimnastika, triatlon, taekvondo və güləş də daxil olmaqla bu ilin iyun ayında Bakı 2015 Avropa Oyunlarında yarışlar aparılacaq bütün idman növləri daxil idi.

Festivala gəlmiş insanlar uşaqları əyləndirən və onlarla birgə şəkil çəkdirən simvollarımız Nar və Ceyranla tanış olmaq şansını da əldə etdilər. Gecə Bakı 2015-in Ulduz Elçilərindən biri olan DJ Shock-un çıxışı ilə davam etdi. Bu çıxışı izləyən tamaşaçılar çimərlik futbolu üzrə gənc oyunçular arasında ən yaxşı BTT ustalarından bəzilərinin nümayişləri ilə yanaşı, stolüstü tennis və güləş üzrə canlı yarışları da seyr etmək imkanına sahib oldular.

Bakı 2015-in fəxri könüllüləri olan 100-dən çox Alov Qoruyanın da iştirak etdiyi Bakı 2015 Novruz festivalı idman və Novruz ənənələrini nümayiş etdirərək və onlayn bilet satışının başlamasını qeyd edərək Muzey Mərkəzinin binası üzərində möhtəşəm 3D şousu ilə başa çatdı.










Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.

Yarışlarda 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil edəcəklər.



Xəbəri paylaş

8498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___