"Uşaqları qırxı çıxmadan sünnət etdirməyin" - VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Tarix: 05-05-2017 | Saat: 18:20
Bölmə:Karusel / Səhiyyə / Maraqlı | çapa göndər
"Valideynlər hələ də ləzgi dəllək tapıb uşaqlarını sünnət etdirirlər".
Bunu respublikanın baş pediatrı Nəsib Quliyev Masallıda azyaşlı uşağın sünnətdən sonra ölməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
N.Quliyevin sözlərinə görə, ara həkimləri, eləcə də valideynlər düşünür ki, sünnət çox asan bir şeydir, beş dəqiqəyə kəsəcəklər və bununla da iş bitəcək: "Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadların yaranmasının başlıca səbəbi odur ki, sünnət əməliyyatı uşaq müayinə edilməmiş müvafiq şərait olmayan bir vəziyyətdə, qeyri-professional şəxslər tərəfindən icra edilir. Bu məsələdə tibb işçilərini günahlandırır, xoşagəlməz sözlər ünvanlayırlar. Bunu da qəbul edirəm, amma ondan qabaq uşağın valideynlərini günahlandırmaq lazımdır".
Baş pediatr əlavə edib ki, uşaqlar bir qayda olaraq ya 2 yaşa qədər, ya da 5 yaşdan sonra sünnət olunurlar: "Bunun tibbi izahı da var. 2-5 yaşlı uşaqlarda qorxu və stress baş verir. 2 yaşlı uşaqlar sünnətin mahiyyətini anlamır. 5 yaşdan sonra uşaqları həkim başa salır ki, bu, qorxulu bir şey deyil və vacibdir.
Bundan başqa, uşaqları heç vaxt 40-ı çıxmadan sünnət etdirmək olmaz. Çox təəssüf ki, indi belə hallar çoxalıb. Valideynlər təkidlə özəl müəssisələrdə sünnət etdirirlər. Dərk etmirlər ki, hələ təzə dünyaya gəlmiş uşağın orqanizmi tam uyğunlaşmamış bunu etmək olmaz".
N.Quliyev qeyd edib ki, sünnət əməliyyatları həkimləri tərəfindən deyil, mütləq uşaq cərrahı, ya da uşaq uroloqu tərəfindən həyata keçirilməlidir: "Səhiyyə Nazirliyinin, tibb işçilərinin də bu məsələdə birmənalı mövqeyi budur. Sünnətin ara həkimlər tərəfindən edilməsi yolverilməzdir. Əhaliyə tövsiyəmiz odur ki, sünnət üçün professional mütəxəssislərə müraciət etsinlər. Onda belə xoşagəlməz halların qarşısı da alınacaq" .
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

12-09-2015, 23:47
Rövnəq Abdullayev Berdımuhəmmədovun qəbulunda
21-11-2018, 14:24
Maşını “kabluk” və çəkələklə idarə etmək olar? - Açıqlama
28-05-2021, 11:57
31 maydan etibarən metrodan istifadə belə olacaq - Qaydalar
29-05-2017, 11:59
Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...
7-07-2015, 19:41
Qarışqalardan canınızı qurtarın – TƏBİİ FORMUL
22-09-2017, 16:10
Elnarə ərindən danışdı: "Mənə əl qaldırsa…"
31-01-2016, 01:04
“Vahid Ələkbərov İranla razılığa gəldi
19-11-2019, 23:04
Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
22-12-2021, 09:04
Qaz sayğaclarını sıfırlamaq istəyənlərin NƏZƏRİNƏ! - Bu nömrəyə SMS göndərin - VİDEO
31-07-2017, 11:16
Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır