Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Maşın şou"nun ilk günündə GƏRGİN ANLAR - Oqtay Kamil getdi və..
Tarix: 15-12-2018 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

"Maşın şou"nun ilk günündə GƏRGİN ANLAR - Oqtay Kamil getdi və... - FOTO/VİDEO
Meyxanaçı Oqtay Kamil "Maşın şou"nun 17-ci sürətində ilk günün qurbanı olub.
Verilişin ilk buraxılışında səsverməyə aktyor Sərxan Kərəmoğlu çıxıb. Veriliş boyu hədəfini açıqlamayan və ünvansız mübarizə aparan aktyor sonda 56,33 faiz səs toplayaraq oyundan Oqtay Kamili kənarlaşdırıb.
Səs topladığı halda çıxaracağı iştirakçı ilə hamını şoka salacağını söyləyən S.Kərəmoğlu seçimi belə izah edib:
"Bu verilişdə kişilik söhbətləri etmək lazım deyil, çünki biz buraya oyun oynamaq üçün gəlmişik. Ötən dəfəki "Maşın şou"da 3 iştirakçı məni çıxartmaq istəsə də, səs toplaya bilməyib özləri getdi. Növbəti səsvermədə qalib gəldiyim halda əlimi çəkib çıxdığım üçün bir dəfə toyda az qalsın məni döyürdülər. Odur ki, bu dəfə söz verdiyim kimi hamını şoka salan seçim edəcəm".
Oyunun ilk qurbanı olan meyxanaçı isə çıxış edərkən mikrofon söndürülüb və onun dedikləri efirə verilməyib. Sonda iştirakçılara "Ehtiyatlı olun, o sözü işlətməyin" deyən Oqtay Kamil heç kəslə sağollaşmadan oyunu tərk edib.
Xatırladaq ki, hazırda şouda mübarizəni əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov davam etdirir.



2068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___