Bakı metrosunda şok olay: təhlükəli şəxs ələ keçdi
Tarix: 26-03-2016 | Saat: 15:57
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Onun üzərində Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər aşkarlanıb
Bakı metrosunda k məşğul olan belarusiyalı tutulub. Daxili İşlər Nazirliyi vəBaş Prokurorluğun mətbuat xidmətlərinindən Lent.az-a daxil oilan birgə məlumatda qeyd edilir ki, mart ayının 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb.
Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, «Nikon» markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.
Belarus Respublikasının Azərbaycandakı Səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.
Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

21-11-2019, 14:53
"Bu televiziya İran əleyhinə maliyyələşdirilir" - səfir
24-11-2017, 16:41
DİQQƏT:Azərbaycanda xərçəng xəstəliyi artır - Hər gün 500 uşaq...
10-02-2017, 16:54
Ərəb ovçular Azərbaycandan çıxarılacaq - Açıqlama
31-08-2015, 14:23
Kardaşyanın əri prezident olmaq istəyir
2-02-2017, 17:53
Bakıda sərnişin avtobusları TOQQUŞDU - Yaralılar var
29-07-2015, 21:58
İnsanın damarda qanı donur - Dili açılmamış uşaq şəhid olmuş atasına ağı deyir - VİDEO
7-09-2015, 14:04
Dünya Gömrük Təşkilatının baş katibi İlham Əliyevin qəbulunda
16-11-2015, 11:30
İranlı qız "Ən cazibədar model" anketində - fotolar
17-02-2017, 00:14
Münhendə Məmmədyarov-Nalbəndyan görüşü olub
29-06-2016, 09:57
Dolların məzənnəsi dəyişdi - Rəsmi