Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycanda daha bir qadını döyüb saçlarını kəsdilər
Tarix: 6-12-2018, 15:33 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kişi arvadının saçını kəsdi - Sonra zorladı
Azərbaycanda məişət zorakılığına məruz qalan qadının psixoloji vəziyyəti ciddidir.
Bunu açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, zorakılıq qurbanı olan qadın birliyin sığınacağına ikinci dəfə müraciət edib:
“Qadın dörd il əvvəl də sığınacağa gəlmişdi. O zaman onu valideynləri ilə barışdırdıq və uşaqları ilə birlikdə ailəsinə təhvil verdik. Valideynləri münaqişənin qarşısını almaq üçün onu həyat yoldaşı ilə barışdırıblar. Ötən gün hüquq-mühafizə orqanlarının göstərişi ilə qadın növbəti dəfə müraciət edib. Burada zorakılıq, illər ərzində döyülmə faktı var. Qadın utancından şikayət verməyib”.
Kəmalə Ağazadə bildirib ki, qadın 14 ildir içki audəçisi olan kişi ilə evlidir:
“Onun 13 ilini şiddət görüb, dəhşətli işgəncələr verilib. Qadın və iki qızı ilə reabilitasiya işi aparılmağa başlanacaq. Qızların birinin 10, digərinin isə 12 yaşı var. Uşaqlar da təsdiq edir ki, atası analarını dəfələrlə döyüb, zorakılıq edib. Atası qızlara fiziki olmasa da, psixoloji təsir edib. Ananın isə vəziyyəti psixi baxımdan ciddidir. Bu, artıq illər boyu üzərində yığılıb qalan şiddətdən irəli gəlir”.
Birliyin sədri deyir ki, ana qızlarının təhsil almasını istəyir:
“Qadın özü beşinci sinifdə oxuyan zaman atası təhsilini yarımçıq saxlayıb. Daha sonra ərə verilib. Qadının ailəsi ona şərt kəsib ki, boşanırsansa, qızların təhsil almayacaq. Onları ərə verəcəyik, rədd olub getsinlər. Qadın da yalvarır ki, nə edirsiniz-edin, uşaqlar təhsilindən qalmasın”.
“Məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bu, daha çox hüquqi müstəvidə, məhkəmə qaydasında həll olunmalıdır. Boşanma, uşaqla yaşayış hüququnun verilməsi, aliment, onların təhlükəsizliyinin təmin edilməsi üçün qadına mühafizə orderi verilməlidir. Sivil şəkildə boşanma prosesi olmalıdır. Qadın evliliyinin 13 ilini şillə-təpiklə keçirib”, - deyə Kəmalə Ağazadə qeyd edib.



İlhamə Əbülfət

1138 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
10-12-2018
bütün xəbərlər
____ Instagram ___