Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü - Anası komadadır
Tarix: 03-12-2018 | Saat: 11:09
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda 10 yaşlı uşaq zəhərlənmədən öldü
Bakıda bir ailənin üzvləri zəhərlənib.Hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.
Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.
Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Zəruri istintaq hərəkətləri aparılıb, iş üzrə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Onların zəhərlənməsinin səbəbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Lakin ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, onlar qrildən zəhərləniblər.


Xəbəri paylaş

4078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___