Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Ginekoloqu qəfil öldürən xəstəlik - Yüksək təzyiqi olan hər kəs təhlükədədir
Tarix: 5-04-2018, 17:32 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Ötən gün 40 yaşlı həkim-ginekoloq Səbinə Mirzəyevanın ölkəni sarsıdan qəfil ölümü son illər gənc insanların ömrünə son qoyan yüksək təzyiq və beyinə qansızma problemini yenidən gündəmə gətirdi. Həkimlərin dediyinə görə, ölüm deyilən şey məhz elə budur - bir neçə dəqiqənin içində beynin və ürəyin sönməsi. 

Qəfil ölüm yaradan səbəblərdən biri yüksək təzyiq isə illərlə həmin şəxsi müşayiət edir. Deyirlər, indiki zamanda təzyiqi olmayan insan yoxdur. Amma məhz təzyiqin tez-tez yüksəlib, normanı keçməsi insanın nə vaxtsa işemik insult olacağına işarədir.

Bu xəstəlik yaş, imkan, status, qadın-kişi, vaxt fərqi qoymur. Sutkanın istənilən saatında insanı yaxalayır. Öncədən heç bir ağrı olmur, insana həkimə öz ayağı ilə getməyə belə fürsət vermir. 

Xəbəraz.Az xəbər verir ki, medicina.az S. Mirzəyevanın ölümü ilə bağlı yeni məlumatlar əldə edib. Həmkarlarının dediyinə görə, o, yüksək təzyiqdən əziyyət çəkirmiş. Səhər qəfil təzyiq yüksəlməsi ilə halı pisləşdiyindən evdə olan dayə 103 təcili tibbi yardım xidmətinə zəng edib. Təcili yardımın əməkdaşları getdikdən sonra həkimin çalışdığı "Baku Medical Plaza”ya müraciət edilib. Həkimin işlədiyi klinikanın təcili yardım xidməti öz ambulansını göndərib. Xəstə təcili klinikaya çatdırılıb, lakin klinikanın təcili yardım şöbəsində bir neçə reanimatoloq və digər həkimlərin səyinə baxmayaraq, xəstədə heç bir həyat əlamətləri bərpa olunmayıb. 

Sabinə Mirzəyevanın ölümünə səbəb olduğu bildirilən beyinə qansızma nədir, qarşısını almaq olarmı, müalicəsi varmı? 

Bu sualları neyrocərrah Zaur Aslanov cavablandırıb:

"Yüksək təzyiq və digər səbəblərdən baş verən insult 2 cür olur: 

İşemik və hemorragik insult. Hemorragik insultda beyin damarlarının partlaması nəticəsində beyinə qan sızır, işemik insultda isə beyin damarlarının tutulması baş verir. Qanamanın yerindən asılı olaraq xəstə anidən ölə də, bir neçə saat yaşaya da bilər. Burada əsas şərt təzyiqin nə qədər olması deyil, partlayan damarın yeri və sahəsidir. Belə ani, şiddətli gedən klinikalarda loru dillə desək, insanın həyatı şansa bağlıdır. Bəzən heç təxirəsalınmaz yardım üçün vaxt belə qalmır, dəqiqələr içində hər şey bitir. 

Belə qəfildən insult olub-olmamasını pasiyent aylar öncə də təyin edə bilməz, müayinədən keçdikdə beyin damarlarında çox vaxt ciddi patologiya görünmür. 

Beyində bir anevrizma və ya ağır bir damar patologiyası varsa, onu əvvəldən təyin etmək olur. Lakin insan durduğu yerdə beynini də yoxlatmır axı... Öncə bir şikayət olmalıdır ki, həkim nədənsə şübhələnsin. Bu hallarda əsas şikayət yalnız yüksək təzyiq və buna bağlı baş ağrıları olur. Buna da insanlarımız "təzyiqdir” deyib keçirlər.

Birinci növbədə yüksək təzyiq normaya salınmalıdır və təzyiqlə mübarizə aparılmalıdır. Bu xəstəliyi hər bir xarici faktor kəskinləşdirə bilər: qida, stress, iş, yorğunluq və s. 

Konkret olaraq Səbinə xanımda hansı faktorun qıcıqlandırıcı olduğu barədə informasiyam yoxdur. Bəli, deyirlər ki, yüksək təzyiqdən şikayətçi olub, bu nə dərəcədə təhlükəli idi, onu da deyə bilmərəm. Ürək problemi də ola bilər. Səbəblər çoxdur. 

Sadəcə bir həkim olaraq onu deyə bilərəm ki, heç kim beyin qanamasından sığortalanmayıb. İstənilən insanı qəfil yaxalaya bilər. Xüsusən yüksək təzyiqdən əziyyət çəkən insanlar risk altındadır. Ani, qəfil ölümlərin statistikasında infarkt və beyin qansızması birinci yerdədir. Təəssüf ki, bəzən tibb ani baş verən bu halların qarşısında aciz olur”. 


1 8918 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___