Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahibkar “Ferma tikdi, bilmədi kimə tikdi”-Video
Tarix: 18-07-2018 | Saat: 17:01
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər



Tarixən millətləri tanıdan, əzəmətli edən onun igid cəngavərləri olmuşdur.
Hələ o dövrdən dövlətlər biri-biri ilə döyüşə başlayanda ilk olaraq sayılıb-seçilən pəhləvanlarını döyüş meydanına göndərərdi. Hansı tərəfin pələvanı, güclü olardısa, qan tökülmədən, mərdliklə döyüşün taleyi həll olunardı.
Müasir dövrümüzdə isə hər ölkə laiqli idmançılarını beynəlxalq arenalara buraxır ki, dünya xalqları içərisində bayraq dalğalandırıb, himni səsləndirsin. Haqqında bəhs etmək istədiyimiz insan Qabil Ramazanov da məhz o pəhləvanlardır ki, üçrəngli bayrağımızı göylərə ucaldaraq, xalqımızı dünyaya tanıdanlardan və Ulu öndər H.Əliyev tərəfindən təltif edilən idmançılardandır.
Eləcə də Q.Ramazanov 90-cı illərdə 5 il 7 ay ön cəbhədə ermənilərlə göz-gözə dayanıb, torpağını qoruyub. Çox təəssüf ki, bu qədər fiziki gücü, igidliyi, vətən qarşısında xidmətləri hal-hazırda onun “köməyinə çatmadı”.
Sayıtımızı izləyən oxucularımız xatırlayırsa, bir neçə vaxt bundan əvvəl məmurlar tərəfindən sözün həqiqi mənasında evi başına uçurulan, yandırılıb –yağmalanan, qanunsuz həbs edilən sahibkar Qabil Ramazanovun başına gətirilənlərdən bəhs etmişdik. Üzərindən xeyli zaman keçməsinə baxmayaraq Qabil Ramazanovla maraqlanan bir səlahiyyət sahibi tapılmadı ki, dərdini soruşub, halına yansın və üzərində dövlət atributları olan qanuni sənədlərini ayaqlar altından götürsün.
Biz “Xəbəraz.az” sayıtı olaraq təkrar Qabil müəllimlə əlaqə yaratdıq və onunla olan söhətimizi olduğu kimi sizlərə təqdim edirik.
Hörmətli Qabil müəllim, sizin biznesinizə kimlər manə oldu?
--Mən 2015-ci ildə Saray qəsəbəsinin sakini Eyvaz adlı şəxsdən 2 hektara yaxın torpaq sahəsi aldım və həmin sahəni Abşeron rayon DƏRX-dən öz adıma çıxarış aldım. Sonradan həmin sahədə geniş fermer təsərrüfatı yaratdım. Bir müddət işlədikdən sonra Səbail rayon keçmiş polis rəisi Əli İbrahimov bir qurup məhkəmə icraçıları ilə mənim əmlakıma soxulub, qarət etdilər.
Belə bir qanunsuzluğa səbəb nə idi?
-- Torpağı satın aldığım Eyvaz adlı şəxsin Əli İbrahimova 150 000 borcu olduğunu və borcu qaytara bilmədiyi üçün borcun və faizin küllü miqdarda yüksəlməsi səbəbindən. Lakin mənim bu məsələ ilə əsla əlaqəm yoxdur. Mən qanuni olaraq sərmayə ödəyib, əmlaka sahib olmuşam. Əli İbrahimov Eyvazdan borcunu ala bilməməsi səbəb ilə “ölmüş pul”larını mənim əmlakım üzərindən “diriltməyə” çalışır. Bunun üçün də səlahiyyətlərindən istifadə edib qanunsuz əməllərini həyata keçirir.
Siz ferma yaratdığınız sahənin çıxarışı olduğunu söyləyirsiniz. Bəs Əli İbrahimovda belə bir sənəd var?
--Əgər mənim əlimdə olan torpaq sahəsi ilə bağlı çıxarış Abşeron rayon DƏRX-dən təqdim olunmuş çıxarış qanuni sənəddirsə, demək Əli İbrahimovun qanunsuz olduğu, zorbalıqla başqasının əmlakını əlindən alması absurddur. Mən il yarım orada istər maddi, istər fiziki, istərsə də mənəvi olaraq böyük qüvvə sərf etmişəm. Yüzlərlə insana iş yeri yaratdığım üçün Allaha şükürlər etmişəm. Lakin bir gün bir harın məmurun şəxsi münasibətləri ilə yalnız mənim deyil, eləcə də neçə ailənin çörəyi əllərindən alınır. Malımı yağmalamağı qarşısına məqsəd qoymuş Əli İbrahimovun sifarişi ilə bir ildə 6-7 dəfə səbəbsiz yerə həbs olundum. Buraxıldığımda isə fermamın yanmış, parniklərimin dağıdılmış, tikililərim yerlə-yeksan edilmişdi.
Sizə qarşı başlanmış ədalətsiz ”müharibə”də kimlərin köməyinə ümüd edirsiniz?
--Müharibə olduqca yumşaq bir ifadə olar. Mənim itirdiklərim yalnız maddiyyatla məhdudlaşmadı. Hər zaman mənə dəstək olan böyük qardaşım ailəmizin başına gətirilən bu qədər haqsızlığa qatlana bilmədi. Yaşanan sarsıntılara tablaşmayıb, stresdən,gərginlikdən ürəyi dayandı. Lakin buna baxmayaraq mən ölkə prezidenti İ.Əliyevdən, Mehriban xanım Əliyevadan kömək gözləyirəm. İnanıram nəhayət belə azğın məmurlar nəhayyət öz layiqli cəzalarını alacaqlar.




5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___