Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO
Tarix: 04-03-2016 | Saat: 10:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO

Qaxda səkkiz gün əvvəl evdən qaçan 28 yaşlı gəlin ata ocağına qayıdıb.

Çinarlı kəndində yaşayan 1988-ci il təvəllüdlü Aygün Məhəmməd qızı Şahmuradovanın bu müddət ərzində Sumqayıt şəhərində qaldığı məlum olub.

"Xəbəraz.az " bildirir ki, bu barədə report-a Aygün Şahmuradovanın özü məlumat verib: "Fevral ayının 24-də qaynatam məni Qax şəhərinə gətirdikdən sonra oradan birbaşa Qax-Zaqatala marşrutu ilə Zaqatala rayonuna getmişəm. Zaqatala şəhərində qızıl üzüyümü satdıqdan sonra Zaqatala-Bakı avtobusuna minərək Bakı şəhərinə yola düşdüm. 20 Yanvar dairəsi deyilən ərazidən taksi ilə Sumqayıt şəhərinə yollandım".

Heç kimlə qoşulub qaçmadığını vurğulayan Şahmuradova, Sumqayıtda bir qadının evində Gəncə sakini adı ilə kirayənişin qaldığını deyir. "Onlar mənimlə bağlı televiziyada təqdim olunan süjetdən sonra işin əslini biliblər. Mən də evə qayıtmağı qərara almışam. Bütün bunlara səbəb isə ailə həyatı qurduğum evdə son zamanlar problemlər yaşamağımdır", - deyə qadın danışıb.

O bildirib ki, qaynatası və qaynanası ilə yola getməyib: "Həyat yoldaşım da mənim tərəfimi tutmadığına görə bu addımı atdım. Əslində həyat yoldaşım sakit adamdır və bu günə qədər aramızda böyük bir problem olmayıb".
Dörd yaşlı oğlundan imtina etmədiyini də qeyd edən Şahmuradova, uşağı öz yanında saxlamaq istədiyini bildirib: "İndi daha ər evində deyil, öz anamın, qardaşımın yanında qalacağam. Evdən gedərkən mobil telefonum üzərimdə olub, Zaqatala şəhərində köhnə mobil nömrəmi qırıb atmışam və yeni nömrə almışam. Evdən getdiyim müddətdə bir dəfə gizli həyat yoldaşıma zəng edərək artıq dönməyəcəyimi bildirmişəm. O da bilirdi ki, mən artıq bezmişəm, o evə qayıtmayacağam".

Xatırladaq ki, fevral ayının 24-də Qax rayonunun Ləkit-Malax kənd sakini, hazırda rayonun Çinarlı kənd sakini ilə evli olan Aygün Şahmuradova evdən getmişdi. Anası Ayşə Məmmədova qızını axtarırdı.

Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO
Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO
Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO
Qaçan gəlin ata evinə qayıtdı: "Köhnə mobil nömrəmi qırıb atmışam" - FOTO


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___