İsrail-İran gərginliyi artır: Hər an müharibə başlaya bilər
Tarix: 14-07-2018 | Saat: 12:18
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
“Bu isə açıq-aşkar İsrail-İran münasibətlərində düşmənçiliyi artırır. Tərəflərin bir-birinə qarşı təhlükəli planları var. İsrail ümumiyyətlə İranla bağlı dünyadakı təcrid siyasətinə bacardığı qədər dəstək verir. ABŞ isə bu yöndə İsrailə hər cür yardım göstərir. İsrailin Baş naziri Benyamin Netanyahunun Moskvaya səfəri heç də təsadüfi deyil. İsrailin məqsədi özünə yaxın hesab etdiyi tərəfdarlarla, müttəfiq ölkələrlə birgə İranın imkanlarını məhdudlaşdırmaqdır. Ümumiyyətlə, İranın Suriya, Livan, Fələstin, İraqda silahlı dəstələri və tərəfdarları var. İran çalışır ki, onların vasitəsilə İsrailin hüdudları yaxınlığında dayaq nöqtələri yaratsın və bununla da müharibə və ya radikal risklərdən qorunsun. Ola bilsin ki, İranın hər hansı müttəfiqi bu plana dəstək göstərsin. Həmçinin İranın himayəsindən istifadə edən qüvvələr və qruplar da bu prosesə qatıla bilərlər”.
Politoloq bildirib ki, əgər dünya diplomatiyası bu gərginliyin aradan qalxmasında yaxından iştirak etməsə, proses açıq toqquşma ilə bitəcək:
“Əlbəttə ki, bu, Yaxın Şərq ölkələri üçün yaxşı heç nə vəd etmir. Problem ondadır ki, bu iki dövlət arasında barışmazlıq getdikcə daha da dərinləşir. Bu, müasir dövrdə ən böyük həyəcan doğuran amillərdən biridir”.
Qeyd edək ki, iranlı general Hüseyn Səlami Qolan təpələrində islam ordusu qura biləcəklərini və bu ordu ilə İsrail rejimini aradan qaldırılacaqlarını bəyan edib.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2018 | Saat: 12:18
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İsrail-İran gərginliyi hər an açıq toqquşmaya çevrilə bilər.
Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, sözügedən iki dövlət arasında dialoq, barışıq meyillərinin olmaması İsrail-İran müharibəsini şərtləndirir:“Bu isə açıq-aşkar İsrail-İran münasibətlərində düşmənçiliyi artırır. Tərəflərin bir-birinə qarşı təhlükəli planları var. İsrail ümumiyyətlə İranla bağlı dünyadakı təcrid siyasətinə bacardığı qədər dəstək verir. ABŞ isə bu yöndə İsrailə hər cür yardım göstərir. İsrailin Baş naziri Benyamin Netanyahunun Moskvaya səfəri heç də təsadüfi deyil. İsrailin məqsədi özünə yaxın hesab etdiyi tərəfdarlarla, müttəfiq ölkələrlə birgə İranın imkanlarını məhdudlaşdırmaqdır. Ümumiyyətlə, İranın Suriya, Livan, Fələstin, İraqda silahlı dəstələri və tərəfdarları var. İran çalışır ki, onların vasitəsilə İsrailin hüdudları yaxınlığında dayaq nöqtələri yaratsın və bununla da müharibə və ya radikal risklərdən qorunsun. Ola bilsin ki, İranın hər hansı müttəfiqi bu plana dəstək göstərsin. Həmçinin İranın himayəsindən istifadə edən qüvvələr və qruplar da bu prosesə qatıla bilərlər”.
Politoloq bildirib ki, əgər dünya diplomatiyası bu gərginliyin aradan qalxmasında yaxından iştirak etməsə, proses açıq toqquşma ilə bitəcək:
“Əlbəttə ki, bu, Yaxın Şərq ölkələri üçün yaxşı heç nə vəd etmir. Problem ondadır ki, bu iki dövlət arasında barışmazlıq getdikcə daha da dərinləşir. Bu, müasir dövrdə ən böyük həyəcan doğuran amillərdən biridir”.
Qeyd edək ki, iranlı general Hüseyn Səlami Qolan təpələrində islam ordusu qura biləcəklərini və bu ordu ilə İsrail rejimini aradan qaldırılacaqlarını bəyan edib.
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2017, 15:46
6 tələbənin ölümü ilə bağlı məhkəmə başladı - Vəkil dustağı tanımadı
1-05-2019, 18:49
"Space"də söyüş söyən müğənnilərin HƏBS TƏLƏBİ
19-06-2016, 12:39
500 İŞİD-çi öldürüldü
12-08-2016, 11:01
Məşhur futbolçunun ətək şortu - FOTO
16-08-2017, 23:36
İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI
14-01-2016, 12:14
"Qardaşın bacısını öldürüb basdırması təsdiqlənməyib" (FOTO)
4-06-2016, 21:40
Həbs olunan erməni general xəstəxanaya yerləşdirildi
7-11-2017, 09:54
Bakıda dəhşətli yol qəzası- Ata və oğlu öldü,daha beş nəfər..