"Space"də söyüş söyən müğənnilərin HƏBS TƏLƏBİ
Tarix: 01-05-2019 | Saat: 18:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilərin heç biri məhkəməyə gəlməyib.
Xüsusi ittihamçı hər iki müğənninin cinayət məsluliyyətinə cəlb edilməsini və 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmənin qərarı mayın 2-də veriləcək.
Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir. Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.
Xəbəri paylaş
5448 dəfə oxunub.
Digər xəbərlər

1-10-2022, 10:34
Bakıda gecə saatlarında atışma: Cavan oğlanı ov tüfəngi ilə...
31-08-2022, 11:22
Küçədə qadını bıçaqlayan şəxs əri imiş - RƏSMİ
1-04-2015, 21:53
“VALİDEYNLƏR UŞAQLARINI PSİXOLOQA GÖSTƏRMƏKDƏN QORXURLAR”
13-03-2021, 13:54
Ata Abdullayev bu əməllərinə görə də həbs OLUNUBMUŞ
21-03-2019, 09:52
Azərbaycana yaz fəsli gəldi
19-04-2019, 13:50
Məclisdə "Pişik Günelin" sinəsinə pul basdılar - VİDEO
15-07-2019, 00:07
Sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var - VİDEO
27-04-2016, 18:53
Dolların sabaha olan məzənnəsi
2-10-2017, 10:43
Xocavəndin işğal günüdür