"Qardaşın bacısını öldürüb basdırması təsdiqlənməyib" (FOTO)
Tarix: 14-01-2016 | Saat: 12:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Tovuzda 17 yaşlı gənc ifadə versə də, bacısını öldürüb, basdırdığını deməyib.
Tovuz rayon sakini 17 yaşlı Anar Səmədovun bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığı barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Tovuz Rayon Polis İdarəsindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü Zülfiyyə Nizami qızı Məhərrəmovanın qardaşı tərəfindən öldürülməsi faktı dəqiq və yoxlanmış məlumat deyil: "Bəzi kütləvi informasiya vasitələri məlumat yayıblar ki, 21 yaşlı qız qardaşı tərəfindən öldürülüb və yaxınlıqdakı qəbiristanlıqda basdırılıb. Bu məlumatlar həqiqətə uyğun deyil".
İdarədən verilən məlumata görəö, Zülfiyyə Məhərrəmova sonuncu dəfə qardaşı ilə bir yerdə olub. Evdə də qan izləri aşkar edildiyi üçün Anar Səmədov şübhəli şəxs qismində istintaqa çağırılıb. Ancaq o, istintaqa fərqli sözlər deyib, hadisəni törətdiyini etiraf etməyib. "Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Z. Məhərrəmovanın axtarışları davam etdirilir. Harada olması barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar davam etdirilir".
Evdə aşkarlanan qan ləkəsi
Xatırladaq ki, ötən gün KİV-də Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.
Məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.
Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.
Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

1-08-2017, 23:05
“Qarabağ” tarix yazdı
21-03-2017, 20:57
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
13-08-2020, 11:41
Təbiətə 2 040 manat ziyan vuran obyek sahibi cərimələndi
22-09-2019, 17:03
Porno ulduz ona mesaj yazan futbolçunu ifşa etdi - FOTO
7-08-2015, 13:26
Pullu oğlan qızların başına oyun açdı VİDEO
14-06-2016, 17:18
Orta aylıq əmək haqqı artdı
23-05-2019, 11:17
Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı
16-08-2021, 12:42
Pomidorlarda virus var: AQTA-dan XƏBƏRDARLIQ
31-01-2017, 16:10
"Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq" - RƏSMİ AÇIQLAMA
30-09-2016, 19:15
Azərbaycanda ərzaq tədarükü üçün yeni qurum yaradıldı