Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ürəyimin yarısı “İnter”in oyununda qalmışdı.
Tarix: 10-07-2015 | Saat: 18:13
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ürəyimin yarısı “İnter”in oyununda qalmışdı.





Ötən gün “Qəbələ”nin tarixi qələbəsinin şahidi olduq. Komandamız Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Gürcüstan “Dinamo”suna qalib gələrək növbəti mərhələyə yüksəldi. Bu, təmsilçimizin avrokuboklardakı ilk uğurudur.

“Qəbələ”nin ilk qolunun müəllifi komandanın yeni transferi Asif Məmmədov oldu. Xeberaz.az xəbər verir ki, Qol.Az saytına müsahibəsində dünənki qarşılaşma haqda fikirlərini bildirən yarımmüdafiəçi komandasının növbəti mərhələni keçmək perspektivindən danışıb və digər məqamlara toxunub

- Əvvəlcə vacib qələbəniz haqda fikirlərini öyrənək. Oyun sizin üçün nə dərəcədə prinsipial idi?

- Tiflisdəki oyunda bayrağımızın təhqir olunması bizə məğlubiyyətdən daha pis təsir etmişdi. Bilirdik ki, bütün Azərbaycanın diqqəti bu oyunda olacaq. Bu, məsuliyyətimizi daha da artırırdı. Oyundan əvvəl uşaqlarla danışqdıq ki, nəyin bahasına olursa olsun, bu oyunu udmalıyıq. Hamı da gördü ki, qarşılaşmada hərtərəfli üstün tərəf biz idik. Cavab matçında əvvəl ilk oyunda etdiyimiz səhvlər üzərində işlədik. Rəqibi daha yaxşı analiz etdik və layqili qələbə qazandıq.

- Qol gecikdikcə mərhələni adlamaqdan əlinizi üzmürdünüz ki?

- Tam səmimi deyirəm ki, mən qələbə qazanacağımıza çox inanırdım. Başqa nəticə ağlıma gəlmirdi. Düzdür, qol epizodlarını qaçırdıqca insan bir az ruhdan düşür. Ancaq mən sona qədər inamımı itirməmişdim. Qıraqdan oyuna baxmaq daha həyəcanlı idi. Oyuna daxil odluqdan sonra isə məndə həyəcan qalmadı.

- Qol epizodu bir qədər mübahisəli oldu. UEFA əvvəlcə qolu komanda yoldaşın Sergey Zeynovun adın yazmışdı.

- Açıq-aşkar qolu mən vurduğum görünür. Küncdən ötürülən toplu başla qapıya göndərdim. Ötürməni mənə Arif Daşdəmirov verdiyi üçün qoldan sonra hamı ona tərəf qaçdı. Bu, çoxlarını çaşdırıb. Ancaq qolu kimin vurmağını fərqi yoxdur. Əsas komandamızın qələbəsidir.

- Yəqin bu qol səni ruhlandıracaq.

- Əlbəttə, bu qol “Qəbələ”yə vacib olduğu qədər mənə də lazım idi. “Qəbələ” məni elə-belə almayıb. Mən də göstərməyə çalışıram ki, bura əbəs yerə gəlməmişəm. İlk oyunda ehtiyatda qalmışdım. Yaxşı oldu ki, cavab matçında baş məşqçimiz mənə şans verdi və onun etimadını doğrultdum. Bu qol məni çox ruhlandıracaq. Daha “Qəbələ”də oyunum alınar-alınmaz deyə düşünməyəcəm. Artıq komandada yeni olduğumu hiss etmirəm. Qarşıda çox oyunlarımız var. Yəqin ki, qollarımın ardı gələr.

- Növbəti rəqibiniz Serbiyanın küklü klublarından olan “Çukariçki”dir. Bu komanda haqda nə bilirsən?

- Rəqibin çox da olmasa 1-2 oyununa baxmışam. Avropa Liqasının II təsnifat mərhələsində asan rəqib ola bilməz. Serbiya futbolu inkişafdadır. Milli komandalarının oyunu göz qabağındadır. Bizi çətin oyun gözləyir.

- “Dinamo” ilə oyunda stadionda baş verən məlum səbəblərə görə UEFA “Qəbələ”ni cəzalandıra bilər. Cəza tədbiq olunsa, növbəti ev oyununu Qəbələdə yox, Bakıda keçirməli olacaqsınız.

- “Qəbələ” azarkeşləri sağ olsunlar. Dünən bizi çox gözəl dəstəklədilər. Tribunalar tam dolu idi. Oyunumuzun Bakıda keçirilməsi yaxşı olmaz. Çünki bu gün Azərbaycanda böyük stadionları doldurmaq çətin məsələdir. Öz stadionumuzun azarkeş tutumu az olduğu üçün tribunlar dolu olur. Yəni bizə belə stadionda oynamaq daha rahatdır. Həm də Qəbələ şəhər stadionunda tribuna meydançaya yaxındır. İnanıram ki, UEFA “Qəbələ”ni cəzalandırmayacaq və biz doğma meydanımızda, möhtəşəm azarkeşlər önündə çıxış edəcəyik.

- Klub rəhbərliyi “Qəbələ”dən qrup mərhələsinə düməyi gözləyir. Səncə, bu heyətlə bunu bacara bilərsiniz?

- İndi əsas məqsədimiz II mərhələni keçməkdir. Əlbəttə ki, hədəfimiz qrup mərhələsinə düşməkdir. Bir-iki mərhələ keçib dayanmaq fikrimiz yoxdur. Klub rəhbərliyi bizdən haqlı olaraq qrup mərhələsinə qədər irəliləməyi tələb edir. Bəli, bu heyətlə, yaradılan bu şəraitlə qrupda oynamalıyıq.

- Yəqin ki, sabiq komandan “İnter”in mərhələ adlamağına da az sevinmədin.

- Bəli, çox sevindim. Paltardəyişmə otağına gələn kimi klubumuzun meneceri Səbuhi Səfiyarlıdan “İnter” – “Laçi” oyununun nəticəsi soruşdum. O isə “İnter”in mərhələ adladığını dedi. Həqiqətən mənim üçün ikiqat bayram oldu. Səkkiz il “İnter”də oynamışam. Ürəyimin yarısı “İnter”in oyununda qalmışdı.


Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
27-06-2022, 14:57 "Ömrünün Son zəng oldu"

bütün xəbərlər
____ Instagram ___