Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ömrünün Son zəng oldu"
Tarix: 27-06-2022 | Saat: 14:57
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Təhsil / Foto-fakt / Aktual | çapa göndər

Çox böyük təəssüf və açı hissi ilə söyləmək istərdim ki, yola saldığımız dərs ilinin "Son zəng'i faciələrlə yaddaşımıza həkk olundu. Məktəblilərin faciəsi ölümü ilə sonlanan əyləncələr ölkə ictimaiyyətini dərindən kədərləndirdi.

Mən siz oxucularıma bilmədiyiniz başqa bir "Son zəng" faciəsindən bəhs edəcəm ki, bu günə qədər heç bir mətbuatda qarşınıza çıxmayıb.

Hər bir məktəb kimi Ğoradil qəsəbəsində yerləşən 9 sayli Şuşa qaçqın məktəbi də son zəngə hazırlaşırdı. Məktəbin adından göründüyü kimi qaçqın məktəbidir. Haşiyə çıxaraq söyləmək istərdim ki, illərdir Təhsil nazirliyi məktəbin özünə  də QAÇQIN gözü ilə baxıb.

Mətləbdən kənara çıxmadan, yenə dönək "Son zəng" hazırlıqlarına.

Bu il məktəbi bitirib, abituriyent olmağa hazırlaşanlardan biri də Hüseyn Hüseynovun  ailəsi idi.

Oğulları Rəşad Hüseynli bəhs etdiyimiz 9 sayli Şuşa qaçqın məktəbindən məzun olacaqdı.

Nə yazıq ki, 17yasli Rəşad Hüseynli yalnız bitirdiyi məktəbdən deyil, həyatdan "məzun" oldu.

Məktəbdə keçirilən "Son zəng" günü Rəşadın sinif yoldaşları, müəllimləri əylənib guldukləri zaman Rəsadın intihar xəbəri yayıldı.

Atası Hüseyn kişi min bir əziyyət və zillətlə böyütdüyü oğluna böyük ümidlərlə baxırdı. Oğlunun yaşadığı evdə özünü aşaraq həyatına son qoyması nəinki ata-ananı, doğmaları, yadları belə acı qəhətə boğdu.

17 yaşlı Rəşadın məhz "Son zəng" günü intihar etməsi özü başdan-başa bir müəmma idi.  Peşəmiz gərəyi müəmmanı araşdırmaq üçün Rəşadın ailəsi ilə görüşdük. Təbii ki, ortalıqda intihar faktı var və istintaqın gedişi başa çatmadan bu barədə bəhs etmək səlahiyyətinə sahib deyilik. 

Sadəcə Rəşadın ailəsinin söylədiklərinə və telefonunda olan mesaja əsaslanaraq deyə bilərik ki, Rəşadın oxuduğu məktəb "Son zəng" üçün 200  manatdan pul toplayaraq, əylənəcəklərmis. Rəşad bəhs etdiyimiz vəsaitin yarısını ödəmisdi. Yarısını  haçan ödəyəcəyi barədə sinif nümayəndəsinin Rəşada yazdığı mesaj  böyük maraq doğurur 

Təkrar olaraq  söyləyim ki, ailəsinin dediyinə istinadən mesajda yazılanları tam olmasada qismən məzmununu   siz oxucularimiza çatdırıram.

-Rəsad, nə vaxt məktəbə gələcəksən?

-ikinci dərsə gələcəm.

-gələndə pulun qalanını da gətir.

Rəşada sinif nümayəndəsinin dialoqu ilə bağlı 9 sayli Şuşa qaçqın məktəbinə üz tutduq. Məktəbin direktoru Ceyhun müəllimi işdə tapa bilmədik. Dərs hissə müdiri Aynur müəllimə ilə danışdıq. Təbii ki, bizim dediklərimizi inkar edəcəklərini gözləyirdik. Yenə də qarşı tərəfi dinləməyi özümüzə borc bilib, əlaqə nömrəsi saxladıq. Direktor Ceyhun müəllimin bizimlə əlaqə saxlamasını söylədik. Səbrlə bir həftə Ceyhun müəllimin zəngini gözləsək də daşdan səs çıxdı, direktordan səs çıxmadı. 

Deyirlər susmaq razılıq əlamətidir. Düşünürük ki, Ceyhun müəllimin susqunluğu da söylənənlərlə carəsizcə razılasmaqdan başqa bir şey deyil. 

Mətbuatda məktəblərdə pul yığılmasının qadağan olunması barədə Təhsil nazirliyi nümayəndələrinin tez -tez pafoslu çıxışlar edirlər. Demə  bütün bu cəhtlərbözlərini cəmiyyətə dürüst  qurum olaraq göstərməyə çalışırlar. Emin Ənrullayevin "məharətləri"  isə sillə kimi üzə vurur.

Biz istintaqın necə nəticələnəcəyini hələ ki, bilmirik. Bildiyimiz bir həqiqət var ki,

Rəşadın başlamadan bitən həyatının günahkarları indi doya-doya 200 manatları xərcləyib, həyatdan zövq alırlar. Geridə isə ümidləri bitmiş, belələri bükülmüş dərdli ata-ana qaldı.

Tərifə Maqsudova




5478 dəfə oxunub.

Digər xəbərlər
18-08-2022
bütün xəbərlər
____ Instagram ___