Bakı şəhərinin sakinləri, yay gəlincə əsl zibillik cəhənnəmi yaşayırlar.
Tarix: 27-06-2018 | Saat: 21:30
Bölmə:Karusel / Gündəm / Foto-fakt / Reportaj | çapa göndər
Atalarımızdan gözəl söz var ki, özünü təmiz saxla, qəfil ölümün olar. Evini təmiz saxla ki, qəfil qonağın olar. Yəqin bizi izləyən oxucularımız düşünəcək yenə nə oldu biz dədələrimizin "qapısını döydük"? Nə olduğunu deyim sizdə intizarda qalmayın. Soyuq qış günlərini bir təhər yola verən Bakı şəhərinin sakinləri, yay gəlincə əsl zibillik cəhənnəmi yaşayırlar.
Haçan qəlbimdə şəhərimizin günü-gündən gözəlləşən simasını fəxr ilə öymək həvəsi yarananda, nədənsə ilk olaraq şəhərin mərkəzində dolub daşan, ifunəti şəhərin abu-havasına "xoş rayihə" yayan zibil qutuları yadıma düşür.
Demək bizim mətləbimiz sizə aydın oldu.
Səadət sarayından Axundov bağına dönən yolun sonunda , Nizami metrosu ətrafında və.s boydan-boya düzülən zibil qutuları şəhərin mərkəzində biyabırcı mənzərə yaradır. Elə düşünməyin biz yalnız şəhərin mərkəzində, Bakı Şəhər İcra Hakimiyyətinin bir addımlığında antisanıtariyaya göz yumulursa, redaksiyamıza müraciət edən vətəndaş, Yeni Yasamal Əsəd Əhmədov 41 küçəsində düzülən zibil qablarının vəziyyəti Yasamal rayon İcra Hahimiyyətini və ya MKTB-nin məsul şəxsləri narahat edir.
Əsla. Məsul şəxslər özlüyündə düşünürlər ki, niyə xərc və əziyyət çəkib yay günündə dolub-daşan zibil qablarını təmizləsinlər. "Öz zibilləridir, özləri də ifunətinə qatlaşsınlar" prinsipi ilə işə yanaşmazdılar.
Halbu ki, hər bir sahə üzrə MKTB-nin idarələrinə zibil qablarının mazutlanması, yuyulub xlorlanması üçün lazımi bəsait ayrılır.
Elə isə hara gedir bu vəsait?
Belə olmasa idi şəhər sakinlərini bir tərəfə buraxaq, şəhərə gələn qonaqlar üçün təmizlik yaradaq.
Milləti qınamaq hər bir məmurun sevə-sevə ağızdolusu danışdığı mövzudur. Avropa standartlarını millətin gözünə dürtməklə, Avropa təmizliyini, Azərbaycan "səliqəsizliyi" ilə müqayisə edirlər.
Biz isə məsləhət görürük ki, buradan Avropa pəncərəsinə "boylanıb" orafan sitat gətirmək yerinə, Bakı şəhərinin hər bir İcra Başçısı bir dəfə olsun dönüb Naxçıvan MR-nın ucqar kəndində yaradılan səliqə-səhmana nəzər yetirmələri kifayətdir.Sözümüzün sonunda isə ünvanlı olaraq Yasamal Rayon İcra Hakimiyyətinə üz tutub söyləmək istəyirik ki, başçısı olduğunuz rayonun sakinlərinə bu qədər barmaq arası baxmayasınız
.
Xəbəri paylaş
7908 dəfə oxunub.
Digər xəbərlər

6-07-2018, 20:51
Polis ölkədə çevriliş etmək istəyən, Elmar Vəliyevə atəş açan şəxsi niyə tutmayıb? - MÜƏMMA
19-04-2015, 14:01
Azərbaycanda elektron xidmət növlərinin siyahısı artırıldı
24-11-2017, 18:14
Survivor "All Star"a gedəcək daha 3 isim bəlli olub
25-03-2019, 08:34
Yas mərasiminə gəldi, özü öldü
24-03-2019, 16:37
Gəncədə fəhlə iş zamanı xəsarət alıb.
17-01-2016, 14:08
Xaçmazda süni qiymət artımına qarşı reyd keçirilib
21-11-2021, 12:25
Cəlilabadda 20 yaşlı qız itkin düşdü - FOTO
15-09-2016, 01:17
Bu gün Azərbaycanda Bilik Günüdür
19-03-2015, 13:46
Dövlət xidmətinin rəis müavini işdən çıxarıldı