Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis ölkədə çevriliş etmək istəyən, Elmar Vəliyevə atəş açan şəxsi niyə tutmayıb? - MÜƏMMA
Tarix: 06-07-2018 | Saat: 20:51
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər




Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd törədilməsi cəmiyyətdə çaşqınlıq yaradıb.Çaşqınlığa səbəb təkcə ölkənin ikinci şəhərinə rəhbərlik edən, kifayət qədər iri çaplı məmurunun, eyni zamanda Azərbaycanın hərbi prokurorunun qardaşının güllələnməsi faktı deyil. Həmçinin, baş verən hadisənin hansı zəmində törədildiyi ilə bağlı elə rəsmi qurumların bir-birindən fərqli münasibət ortaya qoyması, məsələnin hələ də detallı şəkildə açıqlanmamasıdır.
 
Rəsmi qurumların yaydığı məlumatlardan görünür ki, hadisəni törədən Yunis Səfərov qatı cinayətkardır və polis axtarışında olub. Belə ki, 2017-ci ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bu barədə məlumat ölkə mətbuatında da yayılmışdı. Hadisəni törədən şəxslə bağlı axtarış elan edildiyi bildirilmişdi. Rəsmi məlumatdan görünür ki, həmin şəxs nəinki saxlanılıb, hətta əvvəlkindən daha ağır cinayət törədib. Özü də axtarış elan olunan Gəncə şəhərinin mərkəzində. 

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb. Bu şok hadisə gizlədilib. Amma məsələ bunda deyil.
 
Maraqlı məqam ondadır ki, bu cür ağır hadisəni törədən şəxs yenə düz 6 ay məsuliyyətə cəlb edilməyib. Və iyulun 3-də yenidən Elmar Vəliyevə hücum edərək onu və mühafizəçisini güllələyib. Özü də yenə Gəncənin mərkəzində. Maraqlıdır ki, bu müddət ərzində belə bir ağır cinayətkar niyə saxlanılmayıb? Birinci hadisədən (polisi döyərək silahını götürüb qaçması) sonra iki dəfə icra başçısına şəhərin mərkəzində hücum etməsi isə onu göstərir ki, cinayətkar qaçıb haradasa gizlənməyib. Bu halda polisin onu zərərsizləşdirməməsi kifayət qədər ciddi suallar yaradır. 

Həm də üç qurumun bu gün yaydığı birgə məlumatda görünür ki, həmin şəxs ölkədə terror törətmək, zor gücünə hakimiyyət çevrilişi etmək üçün xeyli hazırlıqlar görüb. Belə ki, o, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. Yəqin, bu məlumatlar polisin silahını götürüb qaçdıqdan sonra hüquq-mühafizə orqanlarına bəlli olub. Belə olan halda həmin şəxsin zərərsiləşdirilməməsi, baş verə biləcək ağır hadisələrin qarşısının alınmaması səbəbi yəqin ki, aidiyyəti qurumları da maraqlandıracaq suallardır.


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___