Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabirabad sakini söyüşə görə iki qonşusunu qətlə yetirib
Tarix: 12-05-2018 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Sabirabad sakini iki qonşusunu qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb.
F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək K.Yaqubovu da qətlə yetirib. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad RPŞ-yə gətirilib.
Dindirilmə zamanı F.Əliyev törətdiyi cinayətləri etiraf edib.Qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub. Qətlləri törədərkən istifadə etdiyi bıçaq ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad və Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
(report)


Xəbəri paylaş

1 1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___