Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda dəhşət: bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı - FOTO
Tarix: 28-12-2016 | Saat: 18:13
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Salyanda dəhşət: bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı  - FOTO


16:57

Salyanda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə aşkarlanıb.

Meyitin 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğluna aid olduğu məlum olub. Belə ki, E.Qasımov öldürülüb, qeyd olunan ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.

Yerli sakinlərin verdiyi məlumata görə, meyitin tapıldığı yerin sahibi Rövşən Cavadov təqribən 1 il əvvəl qəflətən Almaniyaya köçüb və hazırda orada yaşayır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.

---------

16:46

Bir il əvvəl itkin düşən Salyan rayon sakini, 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun qətlə yetirildiyi ehtimal olunur.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitinin axtarışlarına başlayıblar.

Salyan rayonu ərazisində bununla bağlı axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə, Salyan rayon sakini Qasımov Elçin Mirqələm oğlu ötən ilin noyabr ayında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Salyanda dəhşət: bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı  - FOTO
Salyanda dəhşət: bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı  - FOTO


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___