Sabahdan avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə veriləcək
Tarix: 30-04-2018 | Saat: 16:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabahdan - mayın 1-dən başlayaraq avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə veriləcək.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan "ştorka" və jalüzlərdən istifadə etməyə icazə verilir: "Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, müəyyən edilən standartlara cavab verən "ştorka" və jalüzlərin istifadəsinə icazə veriləcək. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış "ştorka" və jalüzlərin istifadəsindən gedir. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. "Ştorka" və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır".
Xəbəri paylaş
9248 dəfə oxunub.
Digər xəbərlər

27-12-2018, 14:16
Qaçırılan məktəbli qız tapıldı - Maşın ustasıyla...
25-02-2016, 12:06
Mətanətə: "Nə xəbərdir, sinəni bu qədər açmısan?" - FOTO
11-04-2017, 17:15
"Çempion olsanız, soyunma otağında... - Fotolar
28-11-2016, 23:03
Aleksandr Lukaşenko: "Azərbaycan Belarusa güvənə bilər"
23-08-2016, 09:41
Füzuli və Cəbrayılın işğalından 23 il ötür
13-04-2015, 17:06
Aşıq Ədalət: Söyüşə görə özümü bağışlaya bilmirəm - VİDEO
14-06-2017, 11:29
Vitamin çatışmazlığının əlamətləri
2-08-2015, 12:39
Bu gün Azərbaycan Kinosu Günüdür