Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toy karvanındakı “Mercedes” qəza törətdi - 3 ölü, 5 yaralı
Tarix: 27-12-2015 | Saat: 11:00
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Toy karvanındakı “Mercedes” qəza törətdi - 3 ölü, 5 yaralı

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xeberaz.az-in APA-ya istinadən məlumatına görə, hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraəryəm kəndi ərazisində baş verib. "Mercedes” (10 UG 540) və VAZ 21015 (90 XL 615) markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan "Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn "VAZ 21015”-lə toqquşub. Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib. Göyçayda avtomobil qəzasında dünyasını dəyişənlərin və xəsarət alanların adları məlum olub.

Göyçay Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___