Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir
Tarix: 05-04-2018 | Saat: 09:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.
Toplantıya 800-dən artıq iştirakçı qatılıb.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış edəcək.
Daha sonra Qoşulmama hərəkatı 17-ci nazirlər konfransına sədr seçiləcək. Konfransda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edir.
Nazirlər toplantısı iki gün davam edəcək.
Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.
Nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək.
Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

14-05-2023, 11:07
Gənc oğlan sevdiyi qızı gecə evlərinə gətirdi, səhəri gün isə... - Balakəndə şok olay
18-07-2015, 11:38
Ukrayna əhalisi azalır
8-09-2017, 11:00
Prezident İlham Əliyev ATƏT PA sədrini qəbul edib
4-10-2016, 12:36
Papanın Azərbaycanla bağlı bu etirafı…
22-03-2021, 02:53
Qəsdən bu simvolları canlandırmağa çalışırlar - Lukaşenko
23-11-2017, 11:49
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
19-03-2018, 10:39
Zaurun efirə xalatla çıxmasına MTRŞ-dan münasibət
15-09-2021, 12:22
"İldə benzini neçə dəfə bahalaşdırmaq olar?!" - Deputatdan ETİRAZ
28-05-2015, 15:02
Kök şirəsi səkkiz ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.