"İldə benzini neçə dəfə bahalaşdırmaq olar?!" - Deputatdan ETİRAZ
Tarix: 15-09-2021 | Saat: 12:22
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputat SOCAR-ın benzinin bahalaşaması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:
“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!
Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də uculaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.
Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:
“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.
“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”,-deyə V.Əhmədov əlavə edib.
Xəbəri paylaş
4758 dəfə oxunub.
Digər xəbərlər

24-02-2017, 14:38
Müharibə etməliyik - Zeynəb Xanlarova
19-06-2022, 12:07
Cəbrayılda ANAMA əməkdaşı minaya DÜŞDÜ
3-08-2015, 20:57
"Atletik"lə oyunun biletləri "İnter Arena"da - Tələsin...
26-10-2017, 16:44
Şou-biznesin qalmaqallı boşanmaları - siyahı
26-05-2021, 14:05
Mayın 28-i ictimai nəqliyyat işləməyəcək? - RƏSMİ AÇIQLAMA
2-05-2017, 23:53
Aygün Kazımovanı biabır etdi: Heç gözləməzdim..."
20-11-2019, 23:37
23 yaşlı model güllələndi
24-09-2016, 10:15
Sədərək Ticarət Mərkəzində yanğın - Video+Fotolar
12-09-2017, 14:55
Məhşur aparıcın ailəsində XOŞ GÜN
24-04-2016, 19:56
Tanınmış politoloq intihar etdi