Kök şirəsi səkkiz ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.
Tarix: 28-05-2015 | Saat: 15:02
Bölmə:M / Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər
Xeberaz.az xəbər verir ki, Çoxsaylı uşaq kitablarının müəllifi Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılmışdı. 2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır: “Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litr artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bu, mənim şansımdır”.
E.Kemeron kök şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə onun orqanizmində şişin inkişafı dayanıb. Dörd aydan sonra şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. Səkkiz aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi təsdiqləyib.
E.Kemeron bu barədə yazdığı “Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitabı çox yaxşı satılır.
Kökün belə effektli olması tapmaca kimi qalır. Hələlik bir şey aydındır: xərçəng ölüm hökmü deyil, ənənəvi təbabətlə yanaşı, təbii dərmanlardan istifadə edilməsinə isə heç nə mane olmur. (Azərtac)
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

26-12-2018, 13:50
Metro gecə 2-yə kimi işləyəcək
25-09-2020, 14:53
3 mindən çox ağacın kəsilməsinə görə cinayət işi AÇILDI
22-03-2017, 14:22
Revmatizmin müalicəsində XALQ TƏBABƏTİ vasitələri
19-12-2022, 11:59
Röya Ayxan TƏƏCCÜBLƏNDİRDİ: "Boşandıqdan sonra futbolu sevmişəm" - VİDEO
31-10-2015, 17:07
Müsavatın namizədlərinin adları seçki bülletenindən çıxarılmadı
14-07-2016, 00:17
Prezidentdən zəbt edilən torpaqlarla bağlı — SƏRƏNCAM
21-09-2015, 21:49
İlham Əliyev Stiven Siqalı qəbul etdi - FOTO
10-08-2015, 16:28
Leyla Şıxlinskaya klinikası bağlandı- Yenilənib
25-06-2017, 19:40
Gözüm atır. SƏBƏBLƏR və HƏLLİ
16-09-2017, 14:24
Direktor müavininin qızı, müəllimə, hamilə - Acı tale...