Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yemək daşıyan "kamikadzelər"- İki təkərli axını kim tənzimləyir?
Tarix: 17-09-2021 | Saat: 12:40
Bölmə:Karusel / Hadisə / Araşdırma | çapa göndər



Paytaxt küçələrində tıxaclar, onları yaradan səbəblər hər kəsi narahat etməkdədir.
Bu dəfə müxtəlif daşınma xidməti göstərən motosiklet və mopedlərdən bəhs etmək qərarına gəlib. Yəqin ki, hər birimiz avtomobillər arasında təhlükəli manevrlər edən belə "kamikadzeləri" görür və bundan narahat oluruq. Bu kateqoriyadan olan "sürücülər" həm öz həyatları, həm də avtomobil sürücüləri üçün təhlükə törədir, işıqforun yanıb-sönən rənglərinə belə baxmayaq hərəkət edirlər. Piyada zolağına baxmırlar, qarşı zolağa belə keçirlər.
Bunlar Wolt və Bolt xidmətinin "sürücüləridir". İndi Bakıda avtomobil idarə edənlərin əksəriyyətinin kuryerlərin mopedlərlə davranışlarından narazı olduğunu desək, yanılmarıq. Onlar əsl problemə çevriliblər. Çatdırılma xidmətlərinin əhəmiyyətini artıran pandemiya bu tendensiyanı daha da ağırlaşdırıb.  Rəyini soruşduşumuz sürücülərin əksəriyyəti bildirir ki, onlar heç bir qaydaya əməl etmir, fövqəladə vəziyyətlər yaradırlar.  Hətta onların iştirakı ilə baş verən qəzalar da var. Təəssüf ki, bu qəzalarda ölən və yaralılar var. Və çox vaxt günahkarı tapmaq da çətin olub. Səbəb də odur ki,  moped sürmək üçün nə sürücülük vəsiqəsi, nə də dövlət nömrə nişanı tələb olunur. Bu da onları cəzasız edir.
Xatırladaq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi mopedlərin hərəkətini tənzimləyir, cəriməsi cəmi 40 manatdır. Problemi aradan qaldırmaq həddən artıq zəruridir. Bununla tək özlərinin deyil, sərnişin və sürücülərin də həyatını xilas etmiş olarlar. Mətbuatda dərc olunan xəbərlərə görə, yol polisi problemin miqyasını görür, profilaktik və maarifləndirici tədbirlər aparır. Onların dəbilqədən istifadə etməsi tələb olunur. Son bir neçə gündə 60 moped və motosiklet saxlanılaraq saxlama sahələrinə təhvil verilib və bu cür nəqliyyat vasitələrinin yüzdən çox sürücüsünə inzibati protokollar tərtib edilib.




Xəbəri paylaş

2858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___