Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycanda yayılan virusun adı açıqlandı - 4 həftə davam edir, heç bir türkəçarə kömək etmir
Tarix: 19-02-2018, 22:07 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


1 aydan çoxdur ki, əhali arasında kütləvi yayılan, geridönüşlü, təkrarlanan və uzun müddət davam edən, əvvəl həkimlərin mövsümi qrip adlandırıb sanki "boş verdikləri” virus təhlükəli dövriyyəyə qədəm qoyub. 

Xəbəraz.Az -ın xəbərinə görə, medicina.az-ın bir neçə aptekdə apardığı sorğu zamanı məlum olub ki, bəzən gecəyarı belə insanlar aptekə gələrək qızdırma salıcı, öskürək əleyhinə dərmanlar, antibiotiklər, qrip dərmanları, akvamaris kimi preparatlar alır, aptekə gələn hər 10 nəfərdən 50-si isə qripə bənzər virusdan əziyyət çəkir.

Azərbaycan üçün yeni qrip epidemiyası halını alan və sanki bizə yeni, yad olan bu virus xəstəliyi, deyildiyi kimi 3-5 günə yox, 10-15 günə sağalır.
Medicina.az virusun adını və mənşəyini öyrənmək üçün allerqoloq-pulmanoloq Elaza Mikayılzadəyə müraciət edib. Həkim özü də 1 aydan çoxdur, bu virusdan əziyyət çəkdiyini etiraf edərək, qəbula gələn pasiyentlərdə də eyni tip virus təyin etdiyini bildirib:

"Azərbaycanda yayılan virus kəskin respirator xəstəliklər qrupuna aid adenovirus infeksiyasıdır.  Daha çox 6 aylıqdan 5 yaşa kimi uşaqları, böyükləri və yaşlı insanları yoluxdurur. İmmuniteti zəif, xroniki xəstəliyi olanlarda xüsusilə kəskin baş qaldırır və ağırlaşmalarla davam edir. 

Klinikası: aşağı və yuxarı tənəffüs yollarını, gözlərin selikli qişasını – konyuktivit zədələyir. Badamcıq və limfa düyünlərinin şişkinliyi və böyüməsi nəzərə çarpır. Miokardit, bronxit, angina, sinusit, frontit kimi təzahürlər verir. 

Adenovirusun oyadıcısı olan virus çox davamlıdır, soyuq havaya və otaq temperaturuna qarşı dayanıqlıdır. Aktivliyini evdə 2 həftəyə kimi saxlayır. Yalnız UF lampa ilə ölə bilir. 

Xəstəliyin yoluxma mənbəyi infeksiyalı insandır. Virus orqanizmdən burun boğaz ifrazı və nəcislə ifraz olunur. Ətraf üçün 3-4 həftə müddətində təhlükəlidir. Yoluxma hava-damcı yolu ilə baş verir. Bakteriyalarla birləşdikdə bakterial infeksiyaya keçir – bu zaman antibiotiklərlə müalicə qaçılmazdır. Lakin adenovirusun ilk başdan antibiotiklə müalicəsi düzgün deyil”.

Həkim xəstə olan evdə dezinfeksiya işlərinin gücləndirilməsini, nəm təmizləmə işlərinin görülməsini, yataq dəstləri, dəsmalların hər gün yuyulmasını, evin havasının tez-tez dəyişdirilməsini məsləhət görür. Bu elə bir virusdur ki, heç bir xalq təbabəti üsulu kömək etmir. Virus əleyhinə müalicə aparılmalıdır. 

Evdə də, çöldə də ağızda qoruyucu maska taxılmalıdır.

шаблоны для dle 11.2

1 2358 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
12-05-2018, 13:50 Sabahın havası

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___