Dilqəm Əsgərovun şəkilləri ailəsini şoka saldı
Tarix: 16-08-2016 | Saat: 15:54
Bölmə:Karusel / Hadisə | çapa göndər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayənədələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
"Xəbəraz.az " bildirir ki, bu barədə azvision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var.
Bundan əlavə BQXK nümayəndələri tərəfindən D.Əsgərovun yeni görüntüləri ailəsinə təqdim olunub.
"Beynəlxalq Qızl Xaç komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdi. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədlər. Şəklə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçı ağappaq olub.
Atam qondarma məhkəmələr zamanı çəkilən fotolarda indikindən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub".
D. Əsgərovun qardaşı Sahib Musayev: "Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkillərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015-in yanvarda göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz, şoka düşmüşük".
Milli.Az
Xəbəri paylaş
9308 dəfə oxunub.
Digər xəbərlər

16-05-2015, 19:34
İŞİD rəhbərlərindən biri öldürüldü
25-12-2017, 13:34
Bakı-Quba yolunda minik maşını mikroavtobusla toqquşdu: 1 ölü, 8 yaralı
27-06-2015, 13:55
Sabah Azərbaycanda 35-40 dərəcə isti olacaq
7-10-2023, 09:23
Corab satdığı deyilən qazi bu qədər təqaüd alırmış - RƏSMİ AÇIQLAMA
15-03-2023, 14:40
15 qadından 107 uşaq: “Gənc xanımlarla evlənəcəyəm”
18-01-2017, 19:48
İlk sosial mənzillər gələn il istifadəyə veriləcək
26-10-2018, 11:27
Nazirlik xəbərdarlıq etdi -Leysan yağacaq
11-11-2016, 16:46
Ulduzlar Bakıya gəlir: uduşda ev də var
13-07-2016, 01:00
Məşhur bank şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki...”
16-05-2018, 19:59
“Google Chrome” və “Firefox” təhlükədədir - Yeni virus yayılır