DTX və DİN Ağdamda əməliyyat keçirib: silah-sursat götürülüb
Tarix: 10-02-2018 | Saat: 12:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.
Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Birinci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

24-12-2016, 18:22
Bakıda QƏZA: Avtobus dayanacaqda duran qadını vurdu
8-10-2018, 16:07
Qaxda üzərində sirli yazılar olan ev - VİDEO - FOTO
18-09-2019, 13:53
24 yaşlı qadın ona pul verməyən sevgilisinin başına oyun açdı - Həbsə düşdü (FOTO)
17-03-2015, 12:28
FİDE rəhbəri Ermənistanın Bakıda turnirlərdə iştirakına çalışır
6-03-2022, 21:25
Aytacın qətlinə görə saxlanılan var - Qadındır
9-04-2020, 11:25
Milli Məclisin iclası başladı
8-02-2018, 14:41
"Gecə 3-də evə gəlirəm" - Pərvin
20-06-2018, 09:50
Ramzan Kadırov Putini təbrik etdi
19-03-2021, 13:26
Vilayət Eyvazov DYP rəisini daha aşağı vəzifəyə TƏYİN ETDİ - ƏMR