Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FİDE rəhbəri Ermənistanın Bakıda turnirlərdə iştirakına çalışır
Tarix: 17-03-2015 | Saat: 12:28
Bölmə:M / Karusel / İdman | çapa göndər

FİDE rəhbəri Ermənistanın Bakıda turnirlərdə iştirakına çalışır
“Biz hər iki dövlətin rəhbərliyinə müraciət edəcəyik”.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) erməni şahmatçıların Bakıda keçirilən turnirlərdə iştirak etməsi məsələsini həll etməyə çalışacaq.

Xeberaz.az xəbər verir ki, bu barədə jurnalistlərə FİDE-nin prezidenti Kirsan İlümjinov bildirib.

2015-ci ilin sentyabr ayından oktyabr ayına qədər Bakıda nokaut-sistem üzrə şahmat üzrə Dünya Kuboku keçiriləcək, 2016-cı ilin payızında isə Azərbaycanın paytaxtında Şahmat Olimpiadası baş tutuacaq. Daha öncə Azərbaycan yığması aprel ayında Tsaxkadzorda (Ermənistan) keçiriləcək komanda çempionatında iştirak etməkdən imtina edib.

İlümjinov qeyd edib ki, FİDE “müxtəlif siyasi anların turnir zalından kənar qalmasının” tərəfindədir və ona görə də Ermənistan şahmatçılarını Azərbaycana eyni yarışlarda iştirak etməyə çağırıb.

“Yaxın günlərdə mən Azərbaycan və Ermənistan Şahmat Federasiyalarının rəhbərlərinə müraciət edəcəm. Bu il Bakıda nokaut-sistem üzrə şahmat üzrə Dünya Kuboku keçiriləcək, gələn il isə Bakıda Ümumdünya Şahmat Olimpiadası baş tutacaq. Və təbii ki, biz istərdik ki, güclü şahmatçılar iştirak etsinlər, Azərbaycan və Ermənistan şahmatçıları isə güclü şahmatçılardır”, - R-Sport İlümjinovun sözlərindən sitat gətirib.

“Biz şahmatçıların iştirakına vasitəçilik etmək və təhlükəsizliyin təmin edilməsi üçün yalnız Milli Şahmat Federasiyası rəhbərlərinə deyil, eləcə də ölkə rəhbərlərinə də müraciət edəcəyik”, - İlümjinov bəyan edib.

Məlum olduğu kimi, Bakıda keçiriləcək Avropa Oyunları-2015-də Ermənistan yığması iştirak edəcək.


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___