Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə dindirilib
Tarix: 26-01-2018 | Saat: 14:04
Bölmə:Karusel / Gündəm | çapa göndər



Report-un xəbərinə görə, Rövşən Heybətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məlum olub ki, zərərçəkmiş şəxs Elnur Məmmədov 65 min manatlıq mülki iddia qaldırıb. 
Prosesdə zərərçəkmiş şəxs qismində E.Məmmədov dindirilib. O bildirib ki, R.Heybətovu 10 ildir tanıyır: "2015-ci ildə idman maşınım vardı. İstəyirdim Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, "neynirsən maşın alırsan, gəl iş quraq". Razılaşdım. Bildirdi ki, biznesdə gələn pulla daha yaxşı maşın alarıq".
Zərərçəkmiş qeyd edib ki, R.Heybətova həmişə dəstək olub: "Ona etibar elədim, çünki nə problemi olub, kömək etmişəm. 210 min dollarlıq vəsait lazım idi. Getdik ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət elədi. Orda da atam buna dedi ki, pulu götürsən nə olsa, cavabdeh sənsən. Rövşən də bununla razılaşdı. Atam da xeyir-dua verdi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, pul elə olsun batmasın". 
Sabiq deputatın oğlu bildirib ki, həmin pulları R.Heybətov özü ilə Türkiyəyə aparıb: "O, özü ilə gedəndə iki idmançı aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Uşaqlar Rövşənin qəza törətdiyini söylədi. Zəng elədim. Dedi ki, boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür aparırdı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum pul hanı? Dedi ki, "nə pul, maşında aparıblar". Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobillə pul olmayıb".
E.Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxs ona ümumilikdə 144 min dollar pul qaytarıb.
Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___