Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Hər il 44 günlük müharibənin təsadüf etdiyi aylarda yas saxlayaq?" - Elşad Miridən Məhərrəmlik ayı ilə bağlı açıqlama
Tarix: 26-07-2023 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının daxil olması ilə ənənəvi müzakirələr yenidən aktuallaşıb. Bəziləri bu ayda hər hansı əyləncə məclislərinin qurulmasına sərt etiraz etsələr də, əksini düşünənlər də yox deyil.

 

Mövzu ilə bağlı  açıqlama verən ilahiyyatçı Elşad Miri deyib ki, Məhərrəmlik ayının digər aylardan ciddi fərqi yoxdur:

 

“Həmin ayı önəmli edən baş verən hadisələrdir. Məsələn, bu gün bizim Zəfər bayramını qeyd edə bilməyimizin səbəbi İkinci Qarabağ müharibəsində həlak olan minlərlə şəhidlərimizdir. İndi biz hər il 44 günlük müharibənin təsadüf etdiyi aylarda yas saxlayaqmı, saxlamayaqmı? Bu müddəti önəmli sayaqmı, saymayaqmı? Həmin günlərdə əylənəkmi, əylənməyəkmi? Toy edəkmi, etməyəkmi? Yəni mövzuya bu prizmadan yanaşan zaman fərqli məsələlərin ortaya çıxdığını görərik. Bu gün insanlar Məhərrəmlik ayında toy etmirlər. Yaxşı, restoranlara gedirlərmi, burada hər şey olurmu, əylənilirmi? Onda toy etməməyin mənası nə qaldımı?”.

 







Ad - 00:19


Müsabimiz peyğəmbərin həyatından da nümunə göstərib:

 

“Peyğəmbərin sağlığında üç oğlu, üç qızı vəfat edib. Həmin günlərlə bağlı peyğəmbərin özündən hər hansı qadağa, tövsiyə, əylənib-əylənməməklə bağlı bir xəbərdarlıq varmı? Xeyr. Ona görə də bu məsələlərin dini izahı yoxdur. Bu, Quranın insanlardan istədiyi bir şey deyil. İslamın bizlərdən istədiyi doğru seçim etmək anlayışıdır. Vəssalam”.

 

sfera.az



Xəbəri paylaş

1628 dəfə oxunub.

Digər xəbərlər
24-08-2015, 20:27 Araş və ailəsi - FOTO

bütün xəbərlər
____ Instagram ___