Britaniya səfirindən "Qarabağ"-"Çelsi" oyunu ilə bağlı paylaşım
Tarix: 22-11-2017 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq böyükdü. Apasport.az saytının məlumatına görə, qarşılaşma tanınmış siyasətçilərin də diqqət mərkəzindədi.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi tvitter səhifəsində bugünkü qarşılaşma ilə bağlı maraqlı paylaşım edilib. Belə ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Kroftsun “Qarabağ” və “Çelsi”nin adlarının yazıldığı şərflə şəkli paylaşılıb.
Fotonun üzərindəki yazıda isə səfirin sözləri əks edilib və qarşısında Britaniya ilə Azərbaycan bayraqlarının şəkli yerləşdirilib: “Səfir Krofts deyir: Niyə də yox?!”.
Əlavə edək ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti, şotlandiyalı Qəri Cons da bu yaxınlarda saytımıza açıqlamasında “Qarabağ” - “Çelsi” matçında komandamızı dəstəkləyəcəyini bildirmişdi.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

31-10-2015, 20:04
Astarada itkin düşmüş gənc tapılıb
11-06-2016, 14:06
Asif Məhərrəmov “Gecə - Gecə” söylədi - AUDİO
11-01-2022, 13:23
Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq - Belə deyirlər...
11-08-2021, 09:29
Sentyabrda məktəblər açılacaqmı? - AKTUAL
13-05-2019, 13:27
Bakıda kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi
1-12-2019, 16:45
Cəbhədə bu gecə də silahlar susmadı...
25-04-2016, 20:59
Uşaqlarda bədxassəli şişlər: tam sağala bilərmi? - DİQQƏT
5-04-2022, 18:16
SPN DƏQİQƏ ?İrandan Azərbaycana narkotik keçirmək istəyən 6 şəxs Cəbrayılda Azərbaycan sərhədçilərinə atəş açıb.
4-08-2016, 10:51
Başında Ərdoğanın fotosunu çəkdi - Qayçı və ülgüclə
14-10-2015, 19:36
"Twitter" iş yerlərini azaldacaq