Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sentyabrda məktəblər açılacaqmı? - AKTUAL
Tarix: 11-08-2021 | Saat: 09:29
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Tədris ilinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq, hazırda valideynləri maraqlandıran əsas sual budur: təhsil ənənəvi, yoxsa distant olacaq? Koronavirusa yoluxmanın yenidən artmağa başlaması dərslərin bu il də distant və ya qarışıq (hibrid) formada davam etdirilə biləcəyi yönündə gözlənti yaradıb.

Təhsil eksperti Kamran Əsədov açıqlamasında Azərbaycan təhsil sisteminin 2020-ci ilin mart ayından pandemiya səbəbindən məsafədən təhsilə keçdiyini xatrılatdı:

“Bu isə zərurətdən irəli gəlirdi. Ona görə ki, pandemiya dövrünün davranış qaydalarını bilmirdik, eyni zamanda, təhsil iki milyon nəfərdən çox insanı əhatə edirdi. Bu gün ölkənin 4447 orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. 51 ali təhsil müəssislərimizdə 182 min tələbəmiz var. Orta ümumtəhsil müəssisələrində 150 min müəllim, ali təhsil müəssisələrində 40 minə yaxın müəllim və texniki heyət çalışır. Bunların cəmi iki milyon nəfər edir. Bu, o deməkdir ki, tədrisə prosesinə icazə verilərsə, eyni anda iki milyon insan hərəkət edəcək, ünsiyyətdə olacaq. Bu isə yoluxma sayını kəskin şəkildə arta bilərdi və xaotik vəziyyət yaranardı. Qabaqlayıcı tədbirlər kimi orta məktəblərdə tele-dərslər, virtual məktəb, ali təhsil müəssisələrində “Microsoft TEAMS” tətbiq edildi. Bütün bunlar keyfiyyətli tədris deməkdirmi? Birmənalı şəkildə “hə” deyə bilmirik. Çünki istər orta, istərsə də ali təhsil müəssisələrində təhsil alanların əksəriyyətinin həmin dərslərə qoşulmaq imkanları yoxdur. Kompüter, planşet, telefon və onların internetə çıxış imkanları olsa belə, müəyyən texniki və təbiət fənnləri var ki, onların tədrisində ciddi problemlər mövcuddur. Məsafədən təhsillə fizika, kimya, riyaziyyat kimi dərsləri kefiyyətli keçmək mümkün deyil. Ona görə də, dərslər açılmalı idi, açıldı”.

Ekspert qeyd etdi ki, 2021-ci il mayın 10-dan etibarən ölkədə yaşı 18-dən yuxarı hamı vaksinasiya olunur:

“Bu, könüllüdür. Amma 1 sentyabrdan sonra bu, müəyyən qədər məcburi xarakter daşıyacaq. Hətta avqustun 18-dən sonra bir sıra dövlət qurumlarına müraciət edərkən COVİD-19 pasportu tələb olunacaq. Bununla da biz deyə bilərik ki, 2021-ci ilin sentyabrında tədris prosesi bərpa ediləcək”.

K.Əsədov qeyd etdi ki, sentyabrın 1-dən etibarən yaşı 18 olanlar tədris prosesində iştirak etmək istəyirlərsə, burada iki məsələ ortaya çıxır:

“Bu il orta məktəbləri bitirən şəxslərin 17 yaşı var. Onlar tədris prosesində iştirak edəcəklər. O zaman belə bir sual yaranır ki, yaşı 17 olub, birinci kursda oxuyan tələbələrin aqibəti necə olacaq? Onlar özlərini necə qorumalıdır? Suala cavab olaraq bildirim ki, yoluxma sayında kəskin artımın olmasına baxmayaraq, tədris prosesi 2021-ci ilin sentyabrda açılacaq, biz buna inanırıq. Biz artıq dördünücü dalğadayıq. Hesablamalarımıza görə, yoluxma sayı avqustun 20-dən sonra yenidən azalmağa doğru gedəcək. Hətta Azərbaycanda tədris prosesi sentyabrın 15-də deyil, bir qədər də tez başlaya bilər. Çünki əsas məqsəd 1 il 6 ay ərzində keçirilməyən, yaxud zəif keçilən mövzuların tədris keyfiyyətinin artırılması və təkrarlanmasıdır”.

“Virusa yoluxma artmağa başladığı halda, məktəblərin, ali təhsil müəssisələrinin açılacağını niyə əminliklə deyirsiniz” sualını cavablandıran təhsil eksperti xatırlatdı ki, 2020-ci ilin sentyabrında, 2021-ci ilin fevralında dərslər açılanda insanlar vaksinasiya olunmamışdı:

“Bu gün isə beş milyon nəfərdən çox insan vaksinasiya edilib. Bu, ciddi rəqəmdir. Orta təhsil müəssisələrində çalışanların 80 faizi vaksinasiya olunub. Ali məktəblərdə bu rəqəm 90 faizdir, artıq tələbələr də peyvənd olunacaq. 2021-ci il iyunun 16-dan 30-na qədər yay məktəbləri təşkil edildi. Şagirdlər həftənin beş günü məktəbə getdilər. Deməli, məktəblərdə beş-altı gün tədrisi bərpa edəcəyik. Ali məktəblərdə isə vəziyyət bir qədər fərqlidir. Yaşı 17 olan tələbələr tədris prosesində iştirak edəcəklər. Onlar birinci növbə dərslərə qatılacaq. İkinci və yuxarı kurs tələbələri isə ikinci növbə dərslərdə iştirak edəcəklər. Eyni auditoriyada 17 və 18 yaşlı insanları otuzdura bilmərik. Çünki onlardan biri vaksin olunub, digəri isə yox. Biri digəri üçün potensial yoluxdurucudur. Ona görə də car ilin məzunları tədris prosesində günün birinci yarısında iştirak edəcək. Çünki dördüncü kurslar artıq diplom işi üçün hazırlaşır, praktikaya gedirlər. Yerdə qalan ikinci, üçüncü kurs tələbələri üçün ikinci növbə dərslər təşkil etmək olar”.

Ekspertin qənaətinə görə, dərslər hibrid formada deyil, tam olaraq keçirilməlidir:

“Bizim məktəb və universitetləri bağlı saxlamaq seçimimiz yoxdur, çünki ötən müddət ərzində çox böyük itkiyə məruz qaldıq. Orta ümumtəhsil müəssisələrində və ali məktəblərdə tələbə və şagirdlərimiz zəruri bilikləri əldə etməkdə böyük çətinlik çəkdilər. Bunun təkrarlanmasına yol vermək olmaz”.


Xəbəri paylaş

4818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___