Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib
Tarix: 21-10-2017 | Saat: 18:36
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şirvan şəhərində mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.
Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.
Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

24-09-2017, 10:03
Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu
13-10-2016, 15:10
Turşuların orqanizm üçün 5 ZİYANI
10-11-2017, 11:24
Ermənistanda tələbə üsyanı – Ara qarışır
5-02-2019, 12:00
Renka yataq görüntüsündən danışdı: "Elə böyük görüntü də yoxdur"
29-03-2015, 18:30
Lesbiyan məktəblidən - Şok müsahibə
21-11-2020, 10:59
Xəzərdə zəlzələ oldu
20-03-2022, 11:41
Novruz gəlir, yaz... gəlmir