Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lesbiyan məktəblidən - Şok müsahibə
Tarix: 29-03-2015 | Saat: 18:30
Bölmə:Karusel / Qadınlar / M2 / Fotogalereya / Müsahibə | çapa göndər

Lesbiyan məktəblidən - Şok müsahibə
Bugün müsahibə almaq üçün öz həmcinslərinə qarşı sevgi hiss edən bir şəxs axtarırdım
Kimdən müsahibə üçün xahiş etsəm də, razılıq verən olmurdu. Sonunda tapdım. Müsahibim rahatlıqla “mən sizə müsahibə verə bilərəm, həm də adımın da anonim qalmasına ehtiyac yoxdur. Belə olduğuma görə çəkinmirəm” dedi.

- Sizinlə danışanda demişdiniz ki, adımın anonim qalmasını istəmirəm. Onda mümkünsə oxucularımıza özünüzü təqdim edin.

- Emiliya Vəlixanova. Orta məktəbdə oxuyuram. Bu il məzun olacam. İdmanla məşğul oluram. Rəngarəng həyatın sakiniyəm.

- Rəngarəng həyat. Maraqlıdır. Həyatınızı nə rəngləndirir?

- Əvvəllər sadə bir həyatım var idi. Yəni ancaq dərslərim, məşqlərim. Məni ancaq bunlar maraqlandırırdı. Amma birdən-birə homoseksual oldum və get-gedə ətrafım genişləndi. Başqa homoseksuallarla dostluq etməyə başladım və o zaman başa düşdüm ki, həyat necə də rəngli və gözəldi. Yanlız onlarla. Sözüm ondadır ki, onların yanında xoşbəxt olduğumu görürəm.

- Homoseksual xanım olaraq, cəmiyyət içərisində özünüzü necə hiss edirsiniz?

- Bu həyat mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Yəni cəmiyyətimiz bizi qəbul etmir. Azərbaycanda cinsi azadlıq yoxdur. Çox çətindir bizim üçün. Amma əsas ətrafımdı, onlar məni sevib qəbul edirlərsə, bir problem yoxdur mənim üçün.

- Münasibətdə olduğunuz qızların sayı çoxdu?

- Əvvəllər çox idi. Yəni hardasa 4-5 nəfər. İndi sadəcə bir insana üstünlük verirəm.

- Yəni həyatında daim görüşüb münasibətdə olduğun şəxs var?

- Bəli, var.

- Ailən sənin homoseksual olduğunu bilir?

- Bəli, bilirlər.

- Reaksiyaları necədi sənə qarşı?

- Ailəm mənim xəstə olduğumu düşünür və müalicə almağımı istəyirlər. Psixoloqlar onlara nə qədər başa salmağa çalışsalar da, bu onların beyninə yerimir ki, mən xəstə deyiləm. Hələ də mənə xəstə kimi baxırlar.

- Səni müalicə üçün xəstəxanaya yatmağa məcbur ediblər?

- Bəli. Bir həftə xəstəxanada saxlayıblar məni. Və əlbətdəki bir təsiri olmayıb.

- Bəs özün bu haqda nə düşünürsən, bu, xəstəlikdir, yoxsa?

- Xeyr. Əlbətdə bu, xəstəlik deyil. Normal bir şeydir. Bir tək mən belə olsam, hardasa xəstə olduğumu düşünərəm. Ancaq ölkəmizdə eyni cinsə meylli olan minlərcə insan var. Və biz ətrafdakıların fikrinə əhəmiyyət vermirik.

- Necə oldu ki, homoseksual oldun. Yəni buna səni nə vadar etdi?

- Heç bir şey məni məcbur etmədi. Kiçik yaşlarımda ancaq həmcinslərimlə maraqlanırdım. Həvəs göstərdim. Əks cinslərə qarşı heç bir həvəsim olmurdu və sonra gördüm ki, mən homoseksualam.

- Sən əminliklə deyirsən ki, yaraşıqlı bir kişi görəndə ona qarşı heç nə hiss etmirsən?

- Yox heç bir şey hiss etmirəm.

- Bəs əlaqədə olduğun qadınları hardan tapırsan? Onlarda sənin kimi eyni cinsə meylli olmalıdı?

- Düzü, axtarmıram. Çünki ətrafım elə homoseksual qadınlarla doludur. Əlbətdə əlaqədə olduğum qadın eyni cinsə meyilli olmalıdır. Bu, vacibdir. Çünki normal qadın qadına qarşı heç bir şey hiss edə bilməz.

- Homosekasual olmaqdansa, kişi olmağı düşünmüsən?

- Bu sualı çox verirlər mənə. Yox, heç vaxt düşünməmişəm. Oğlan da olsaydım, yenə homoseksual olardım.

- Bir müddətdən sonra artıq ailə qurmaq vaxtı gəlib çatacaq. Ailən səni zorla ərə getməyə məcbur etsə, onda nə edəcəksən?

- Məni heç kim zorla buna məcbur edə bilməz. Əgər məcbur etsələr, onda mənim üçün iki yol qalacaq: ya öz həyatımı istədiyim kimi davam etdirmək, ya da bu həyata son qoymaq.

- Bəs sən özün ailə qurmaq, övlad sahibi olmaq istəmirsən?

- Bilirəm, imkansızdır. Amma bir qızla bunu düşünərdim. Yəni həmcinsimlə bir həyatı bölüşə bilərəm. Oğlanla isə yox.

- Müəyyən bir yaşdan sonra ətrafında nə övlad, nə də ömür gün yoldaşı olacaq. Özünü tək hiss edəcəksən. O zaman bu gün seçdiyin həyata görə peşman olacaqsanmı?

- İnanıram ki, illər keçsə də mən tək qalmayacam. Yanımda istədiyim qadın olacaq. Bu başqalarına gülməli gələ bilər, amma mənim üçün adi bir şeydir.

- Sonda homoseksaullar haqqında düzgün fikirdə olmayan insanlara nə demək istəyərdin?

- Sevginin cinsi olmur. Sevgi sevgidir. Biz də bu yolda üzümüzü gizlətməyə ehtiyac duymuruq. Homoseksuallıqla qürur duyuruq. Tanrı hər kəsi yaratdığı kimi sevir. Biz bu həyatımızda çox xoşbəxtik. Ən azından özümüz kimi insanlar tərəfindən sevilirik. İnsanların həyatına müdaxilə etməyə ehtiyac yoxdur. Bizə də müdaxilə edən insanların fikri maraqlı deyil. Heç vaxt da maraqlı olmayacaq.


Xəbəri paylaş

7 4778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___