Rusiyaya aparılan 33 ton pomidor niyə geri qaytarılıb? - RƏSMİ
Tarix: 21-10-2017 | Saat: 17:10
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidorun idxalına icazə verilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşayiətedici sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoyub.
Qeyd olunur ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin bu müraciəti Dövlət Xidmətinə oktyabrın 17-də daxil olub: "Sözügedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi səbəbindən sərhəddə saxlanılıb. Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiyaya ixrac edilib".
Dövlət Xidməti bildirir ki, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi istehsalçıların diqqətinə çatdırılıb.
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

7-05-2016, 02:04
ABŞ "Əl-Qaidə" ilə mübarizə üçün Yəmənə hərbçilərini göndərib
10-11-2017, 11:19
Bakı bulvarında intihara cəhd: qız özünü dənizə atdı
7-04-2016, 13:26
Ermənilərin Qarabağdan böyük köçü başladı
10-05-2017, 14:03
"Evyıxan qadınlar kimi oldum" - Foto
14-05-2016, 23:09
Turist Milli Parkda öldü
11-12-2018, 11:37
Vəkil Fədayə Laçının məhkəməsinə gəlmədi
3-02-2017, 20:22
Pərviz Bülbülə: "Burada eyib bir şey yoxdur..." - VİDEO
28-05-2016, 16:55
Keçmiş məmuru güllələyən şəxs yaxalandı
20-02-2023, 11:16
Sabah Novruzun ilk çərşənbəsidir
9-07-2016, 18:22
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib