Vəkil Fədayə Laçının məhkəməsinə gəlmədi
Tarix: 11-12-2018 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayevin vəkili prosesdə iştirak etmir.
B.Abdullayev özü vəkilinin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etmədiyini bildirib.
Lakin hakim söyləyib ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı olmadan proses davam etdirilə bilməz.
Məhkəmə iclası dekabrın 17-dək təxirə salınıb.
Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
Xəbəri paylaş
4638 dəfə oxunub.
Digər xəbərlər

22-04-2017, 15:23
"Metropark"a maşınla gələnlər 20 manat cərimə oluna bilər - FOTO
15-08-2017, 22:56
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.
23-11-2021, 08:45
Aralarında 45 yaş fərq olan "Məhəmməd-İris cütlüyü" - "intim həyatımız çox yaxşı gedir" - VİDEO
23-04-2017, 21:11
Aygün Kazımova küsülü olduğu Röya haqqında nələr dedi? - VİDEO
3-07-2015, 01:19
Eşqindən dayanacağın damına çıxdı (VİDEO)
1-07-2015, 00:36
Ermənilər aclıq aksiyasına başladı (FOTO)
4-08-2015, 13:38
Beyonsun yarim milyonluq ayaqqabısı - FOTOLAR
15-10-2022, 10:00
Magistral su kəmərində qəza: Bakı-Qazax yolunu su basıb - VİDEO - FOTO
23-05-2018, 14:31
"Arxamda mənə pul buraxan olmayıb” – Rəqsanə
8-12-2020, 04:02
Zabitimiz mühasirədən necə çıxmalarından danışdı - Video