Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yəmən Səudiyyə Ərəbistanına ballistik raket atdı
Tarix: 10-10-2017 | Saat: 10:28
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər


Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.
 
Raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan  yayılan məlumata dair hələ ki, şərh verilməyib.
 
Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub. 
 
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.




Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___