Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu ərazilərdə çox ucuz evlər inşa olunacaq - VİDEO
Tarix: 31-03-2017 | Saat: 12:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Bu ərazilərdə çox ucuz evlər inşa olunacaq - VİDEO


Sumqayıtda məktəb stadionu ərazisində tikinti işləri aparılır.

Yaxınlıqda yaşayan sakinlər bundan narahatdırlar. Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, həmin ərazidə sosial evlər tikiləcək.

Məktəbin meydançasında tikinti işləri gedir. Bəzi ərazilərdə tikilinin təməli atılıb, kənarlarda isə texnikalar işləyir.

Görüntülər Sumqayıtdandır. Şəhərin 12-ci mikrorayonunda 20 saylı yaşayış binasının bir qrup sakini həmin ərazidə məktəb meydançasının qəsdən dağıdıldığını və orada qeyri-qanuni tikintinin aparıldığını iddia edir.

Sakinlər deyirlər ki, 21 saylı məktəbin idman meydançasında tikinti işlərini yaxınlıqda hündürmətəbəli yaşayış binalarını inşa edən şirkət həyata keçirir.

"Xəbəraz.az " xəbər verir ki, xezerxeber-in çəkiliş apardığı əraziyə elə həmin şirkətin nümayəndələri gəldilər, ancaq məsələyə münasibət bildirmədilər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən isə dedilər ki, həmin ərazidə qapalı futbol meydançası tikilir. Sahənin digər münasib yerlərində isə sosial evlər inşa olunacaq.



Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___