Daşqın gözlənilir
Tarix: 03-10-2017 | Saat: 18:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.
Onun sözlərinə görə, payız fəslində çaylarda sululuğun artması nəticəsində daşqınlar baş verir: “Bu ilin oktyabrında da belə intensiv yağışlar davam edərsə, çaylarda daşqınların olması mümkündür. Xüsusilə, Lənkəran-Astara bölgəsi çaylarından qısamüddətli daşqınların keçməsi istisna edilmir. Çaylarda daşqınlar olarsa da belə, bu, payız fəsli üçün xarakterikdir”.
A.Verdiyev qeyd edib ki, ölkə ərazisində belə yağıntılı hava şəraiti oktyabrın 5-dək davam edəcək. Onun sözlərinə görə, bu gün axşam, gecə və səhər yağıntıların davam edəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir: “Oktyabrın 5-dən sonra isə havaşəraiti mülayimləşəcək və temperatur tədricən yüksələcək”.
4718 dəfə oxunub.
Digər xəbərlər

4-04-2016, 15:39
Azərbaycanda dollar qəfil ucuzlaşdı (RƏSMİ)
7-07-2018, 17:15
Hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub
9-12-2019, 04:13
Kürdəmirdə acınacaqlı mənzərə... - "Nəticələri çox acı ola bilər"
15-10-2015, 15:07
Yaşlı kişi ölümcül döyüldü - FOTO
24-12-2015, 11:13
-Heç bir bahalaşmaya yol vermək olmaz
23-03-2016, 17:01
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
10-08-2018, 12:10
Bakıda kafedə musiqi üstündə oğlanı döyə-döyə öldürdülər — TƏFƏRRÜAT
18-09-2016, 17:05
Tovuzda hamilə qadın telefonla danışarkən öldü
2-10-2019, 11:36
Pərvin qalaya bu geyimdə qatıldı - FOTOLAR