Ana Sayfa > Karusel / Gündəm / M2 > Daşqın gözlənilir

Daşqın gözlənilir


3-10-2017, 18:49. Yazar: Xeberaz


Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev  bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.
 
Onun sözlərinə görə, payız fəslində çaylarda sululuğun artması nəticəsində daşqınlar baş verir: “Bu ilin oktyabrında da belə intensiv yağışlar davam edərsə, çaylarda daşqınların olması mümkündür. Xüsusilə, Lənkəran-Astara bölgəsi çaylarından qısamüddətli daşqınların keçməsi istisna edilmir. Çaylarda daşqınlar olarsa da belə, bu, payız fəsli üçün xarakterikdir”. 
 
A.Verdiyev qeyd edib ki, ölkə ərazisində belə yağıntılı hava şəraiti oktyabrın 5-dək davam edəcək. Onun sözlərinə görə, bu gün axşam, gecə və səhər yağıntıların davam edəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir: “Oktyabrın  5-dən sonra isə havaşəraiti mülayimləşəcək və temperatur tədricən yüksələcək”.




Geri dön